Pleyeri seçin:

Gələnlər məcbur edildi ki… | Fətullah Gülənin tabutunun başında görün nələr deyildi

25 oktyabr 2024 426 baxış

Türkiyədə terror təşkilatı kimi tanınan FETÖ lideri Fətullah Gülən üçün ABŞ-nin Nyu-Cersi ştatında “Skylands Stadion” idman kompleksində vida mərasimi təşkil edilib.

Tədbirə qatılanlar üzlərini gizlətmək üçün papaq, eynək və maskadan istifadə ediblər.

Mərasim yeri son ana qədər gizli saxlanılıb. Təşkilat üzvlərinə yalnız tədbirə bir neçə saat qalmış “WhatsApp” vasitəsilə məlumat verilib.

Bildirilib ki, dəvət olunanlardan üzlərini gizlətmək tələb olunub: “Maska, papaq və eynək taxın. Türkiyə mətbuatı olacaq. Təhlükəsizlik orqanlarının əməkdaşları da olacaq. Stadiona giriş QR kodladır”.

Tədbirlə bağlı yayımlanan kadrlardan aydın olur ki, FETÖ üzvləri deyilənləri ediblər. Sarı gödəkçə geyinmiş bəzi təşkilat üzvləri isə mətbuat nümayəndələrini görəndə üzlərini əlləri ilə gizlədiblər.

Daha bir maraqlı detal mərasimdə təkbir gətirilməsinin, yəni “Allahu Əkbər” deyilməsinin qadağan edilməsi olub. Bunun əvəzində kardinal F.Gülənin tabutu başında “İncil”dən hissə oxuyub. İngilis dilində oxunan ayələrin tərcüməsi belədir:

“Biz hamımız onun uşaqlarıyıq. O, özünü bizim üçün fəda etdi. Rəbbimiz bu irsin davam etməsini və bütün dünyaya yayılmasını təmin etməyimizi istəyir”.

Bununla bağlı kadrlar sosial şəbəkələrdə sürətlə yayılıb.

Bundan başqa, mərasimin gizliliyini qorumaq üçün stadionun yerləşdiyi “Essex” bölgəsində yerli vaxtla 10:00-14:00 arası dron uçurmaq qadağan edilib. Həmçinin ABŞ polisləri türkiyəli jurnalistlərin oradan görüntü çəkməsinə mane olub.

Xatırladaq ki, FETÖ lideri oktyabrın 20-də Pensilvaniyada vəfat edib. 83 yaşlı təşkilat lideri aparıldığı xəstəxanada ölüb. O, təşkilatın ABŞ-də qərargah kimi istifadə etdiyi Pensilvaniya ştatındakı malikanənin həyətində dəfn edilib.

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 426 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 426 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 426 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 426 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 426 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 426 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 426 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 426 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 426 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 426 baxış
Seçilmişlər
icon