Gərginlik artır: 6 kritik şərt aranı qatdı | ABŞ-İran danışıqları niyə dalana dirəndi? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
İran ABŞ ilə münaqişənin həlli ilə bağlı təqdim olunan təklifi rədd edib.
Bu barədə İranın “Press TV” kanalı yüksəkvəzifəli iranlı rəsmiyə istinadla məlumat yayıb.
Məlumata görə, Tehran atəşkəs danışıqlarının yalnız müəyyən şərtlər yerinə yetirildikdən sonra bərpa oluna biləcəyini bildirib.
Qeyd olunur ki, İran hərbi əməliyyatların dayandırılması üçün aqressiya və qətllərin tam dayandırılmasını, müharibənin yenidən başlamayacağına dair zəmanətlərin verilməsini, həmçinin hərbi zərər və təzminatların ödənilməsini tələb edir.
Bundan əlavə, şərtlər siyahısına region üzrə bütün cəbhələrdə müharibənin dayandırılması, müqavimət qruplarının fəaliyyətinin nəzərə alınması və İranın Hörmüz boğazı üzərində suveren hüququnun beynəlxalq səviyyədə tanınması da daxildir.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranda doğru şəxslərlə danışıqlar apardığını bildirmişdi. Bununla yanaşı, İranın “Fars” agentliyi mənbəyə istinadla Tehranın ABŞ Administrasiyası ilə hər hansı əlaqəsinin olmadığını yazıb.
#ABŞ-İran müharibəsi teqi istifadə olunub
- Vaşinqton və Tehran xəbərdarlıqlarını sərtləşdirir | Yaxın Şərqdə nələr olacaq? - Baku TV CANLI
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İran boğazdakı qeyri-sabitliyə görə ABŞ-ni məsuliyyətli sayır - Baku TV CANLI
- Xamenei ilə Qalibafın görüşündə ABŞ-nin İrana münasibəti gündəmin əsas mövzusu olub
- Tehran və İslamabad arasındakı təmaslar ABŞ-İran məsələsi fonunda gündəmə çıxıb
