Pleyeri seçin:

Ginnesin Rekordlar Kitabına adını yazdırmaq istəyən keçmiş prezident | Dünyanı çalxalayan xəbər

15 iyul 2025 619 baxış

1982-ci ildən Kamerunu idarə edən Pol Biya öz adını dünya tarixinə olmasa da, Ginnesin Rekordlar Kitabına yazdırmağa hazırlaşır.

O, noyabrda keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətində olduğunu açıqlayıb. Əgər onun səhhəti və ölkədəki pis siyasi və iqtisadi vəziyyət mane olmasa, P.Biya səkkizinci prezidentlik müddətində dövlət başçısı postunda qala biləcək və bu müddətin sonunda 99 yaşı tamam olacaq. Heç bir Prezident bu qədər uzun müddət və bu yaşda hakimiyyətdə olmayıb.

Kamerun lideri bu qərarını həmvətənlərinin və diasporun çoxsaylı və israrlı istəklərindən sonra verdiyini bildirib.

P.Biya sosial şəbəkələrdən birində öz səhifəsində yazıb: “Əmin olun ki, mənim sizə xidmət etmək əzmim qarşımızda duran vəzifələrin aktuallığına uyğundur”.

Prezidentin televiziya və radioda xalqa müraciət etməyi seçməməsi, sadəcə, internetdəki mətnlə məhdudlaşması yəqin ki, onun səhhəti ilə bağlı yenidən müzakirələrə səbəb olacaq. Ötən ilin payızında P.Biya altı həftə ictimaiyyət qarşısına çıxmayıb. O zaman Kamerun mediasında 92 yaşlı Prezidentin səhhəti ilə bağlı yazmaq qadağan edilmişdi və bu, cinayət məsuliyyəti yaradırdı.

O, ölkəyə rəhbərlik etdiyi 43 il ərzində hakimiyyətini o qədər gücləndirib ki, istənilən seçkidə kiminsə ona uğurlu rəqib olması mümkün deyil.

Kamerun Afrikanın ən problemli ölkələrindən biridir. Bu sırada yoxsulluq, yüksək korrupsiya, tayfabazlıq və diktatura rejimi var. Qonşularından fərqli olaraq Kamerunda heç vaxt uğurlu hərbi çevrilişlər olmayıb.

Ölkə 1960-cı ildə müstəqilliyini elan edəndən bəri cəmi iki prezident olub. P.Biyanın sələfi Əhmədu Ahico mürəkkəb intriqa nəticəsində vəzifəsini tərk edib, ölkədən çıxıb, sonra öz əcəli ilə ölüb.

Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 619 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 619 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 619 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 619 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 619 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 619 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 619 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 619 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 619 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 619 baxış
Seçilmişlər
icon