Görənləri heyrətə gətirən akula ilə bağlı maraqlı faktlar
Yeniliklərdən dərhal xəbərdar olun
Meqalodonların uzunluğu 24 metrdən çox olub. ABŞ, Yaponiya, Avstriya və digər ölkələrdən olan beynəlxalq alimlər qrupu bu qənaətə gəlib.
Söhbət akulaların ilkin variantından gedir. 3,6 milyon il əvvələdək okeanlarda hökmranlıq edən meqalodonlar hələ də elm üçün sirr olaraq qalır. Bu köpək balıqlarının tam skeletləri tapılmayıb. Buna görə də elm adamlarının fərziyyələri daşlaşmış dişlər, fəqərələr və pulcuqlara əsaslanır.
Tapılan ən böyük parça – onurğanın 11 metrlik hissəsi tədqiqatçıları meqalodonların əvvəllər düşünüldüyündən daha böyük ola biləcəyini düşünməyə vadar edib.
Alimlər 145 müasir və 20 nəsli kəsilmiş köpək balığı növünün məlumatlarından istifadə edərək onların bədən nisbətlərini meqalodonun təxmin edilən ölçüsü ilə müqayisə ediblər. Bununla belə, indiyə qədər tapılan ən böyük meqalodon fəqərəsinin diametri 23 santimetrdir, bu da bəzi fərdlərin təxminən 25 metr, əvvəlki hesablamalardan 4,5 metr uzun olduğunu göstərir. Yetkin meqalodon arxa arxaya qoyulmuş iki sərnişin avtobusundan daha uzun olub. Ölçüsü baxımından yırtıcı müasir mavi balinadan bir qədər kiçik idi.
Bundan əlavə, tədqiqatçılar meqalodonların 3,6 ilə 3,9 metr arasında olan canlı balalar dünyaya gətirə biləcəyini düşünürlər.
