Güclü daşqınlar erməniləri ölümə apardı | Ermənistanda dəhşətli anlar
Yeniliklərdən dərhal xəbərdar olun
Son günlər yağan güclü yağışlar səbəbindən Ermənistanda daşqınlar baş verib. Bu səbəbdən Gürcüstana gedən dövlətlərarası yol hər iki istiqamətdə bağlanıb. Yüzlərlə sakinin evi su altında qalıb.
Ermənistanın Baş naziri Nikol Paşinyanın fərmanı ilə vəziyyəti idarə etmək üçün operativ qərargah yaradılıb. Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti ölkənin Lori və Tavuş vilayətlərində müxtəlif yaşayış məntəqələrindən 269 nəfəri təxliyə, daha 120 nəfəri isə təbii fəlakət zonasından xilas edib. Ümumilikdə xilasetmə işlərinə 324 canlı qüvvə cəlb edilib.
Alaverdi şəhərində yanacaqdoldurma məntəqələrindən birində kompressorlar su altında qalıb. İlkin məlumata görə, qısaqapanma nəticəsində partlayış baş verib.
Bununla yanaşı, ölkənin Ətraf Mühit Nazirliyinin məlumatına görə, adıçəkilən vilayətlərdə çaylarda suyun səviyyəsi enməyə başlayıb.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
