Güclü qar Avropanı əsarətinə alıb
Yeniliklərdən dərhal xəbərdar olun
Serbiyanın bir çox bölgəsində güclü qar yağışı qeydə alınıb. Bəzi ərazilərdə qarın qalınlığı 20 santimetri ötüb.
Davamlı yağan qar yolların buz bağlamasına, paytaxt Belqradda ciddi tıxaclara səbəb olub və bəzi yüksək dağlıq ərazilərdə nəqliyyatın hərəkəti tamamilə dayanıb.
Şiddətli qar yağışı və aşağı temperatur səbəbindən Belqrad Nikola Tesla Hava Limanında çoxsaylı uçuşlar ləğv edilib və ya təxirə salınıb. Bundan əlavə, ölkənin bəzi yerlərində elektrik enerjisinin kəsilməsi qeydə alınıb.
Niderlandda yağan qar magistral yollarda gecikmələrə və qəzalara səbəb olaraq nəqliyyatın hərəkətini çətinləşdirib. Yüzlərlə uçuş ləğv edildiyi və Amsterdam ətrafında qatarların hərəkəti dayandığı üçün səlahiyyətlilər insanlara mümkün olduqca evdə qalmağı tövsiyə ediblər.
Avropanın ən işlək mərkəzlərindən biri olan Amsterdam Şiphol Hava Limanı bir günə təxminən 500 uçuşu ləğv edib. Niderlandda qar yağışının həftə ərzində davam edəcəyi gözlənilir.
Fransanın paytaxtı Parisi də qar ağ örpəyə bürüyüb. Gözlənilməz qar yağışı turistləri sevindirib. Fransanın milli sinoptik agentliyi Paris bölgəsində və Fransanın şimal-qərbindəki bəzi yerlərdə qar və buzla bağlı xəbərdarlıqlar edib. Təhlükəli qarlı-buzlu hava şəraitinin yanvarın 6-7-də də davam edəcəyi gözlənilir.
#Avropa ölkələri teqi istifadə olunub
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- Antonio Koşta Qara dənizdə gəmilərə endirilən zərbələri pisləyib
- ABŞ və Avropadakı etirazlar nə ilə fərqlənir? - 50 ştatda Trampa qarşı aksiyalar - Baku TV
- Sosial və iqtisadi problemlər Avropanın müxtəlif ölkələrində etirazları gücləndirir - Baku TV CANLI
