Gülməkdən ölmək həqiqət imiş? - Bu ölümün səbəbi hamını mat qoydu
Hər kəs gülüşün ömrü uzatdığını fikirləşir, amma bəzən əksi də ola bilir. Buna misal kimi Aleks Mitçelli göstərmək olar.
1975-ci ildə 50 yaşlı britaniyalı kişi Aleks Mitçell uzunmüddətli gülüşdən sonra dünyasını dəyişmişdi. Həmin gün o, məşhur komediya şousu "The Goodies"ə baxırdı.
Burada şotlandiyalı bir döyüşçü adi bir çubuğu gülməli şəkildə silah kimi istifadə edirdi. Zarafat o qədər gülməli idi ki, Aleks dayanmadan gülməyə başlayıb. Bu gülüş təxminən 25 dəqiqə davam edib. Nəticədə, onun ürəyi dözməyərək infarkt keçirib və o elə divandaca həyatını itirib.
Maraqlı məqamlardan biri də odur ki, ailəsi şounun yaradıcılarına qarşı heç bir kin saxlamayıb. Əksinə, Aleksin həyat yoldaşı onlara təşəkkür məktubu yazaraq bildirib ki, onun əri xoşbəxt şəkildə, gülə-gülə dünyasını dəyişib.
