Gündəmi silkələyən Ayşe Barım barədə yeni qalmaqallı faktlar
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin məşhur menecerlərindən olan Ayşə Barım saxlanılıb. Bu barədə Türkiyə mediası məlumat yayıb.
Əvvəlcə rüşvət, film və serial sektorunda inhisarlaşdırma əməlləri, həmçinin şantaj ittihamları ilə istintaqa cəlb edilən A.Barımın araşdırmalar nəticəsində Gəzi Parkı hadisələrinin əsas təşkilatçılarından biri olduğu müəyyən edilib.
Belə ki, o, hadisələr zamanı sosial media vasitəsilə insanları küçələrə çıxmağa təşviq edib.
Barım Gəzi Parkı hadisələrinin digər təşkilatçıları olan Mehmet Əli Alabora, Mehmet Osman Kavala və Çiğdem Mater Utku ilə də sıx əlaqədə olub.
Bildirilib ki, menecerin şirkəti "ID Danışmanlık Limited" vasitəsilə bir sıra məşhur sənətçiləri də hadisələrdə iştirak etməyə yönləndirib.
Bundan başqa, A.Barım Türkiyə hökumətini devirməyə və ya onun fəaliyyətinə mane olmağa cəhd etmədə ittiham olunub.
İstanbul prokurorluğu tərəfindən Barımın evi və ofisində axtarışlar davam edir.
Qeyd edək ki, 2013-cü ildə baş verən Gəzi Parkı hadisələri zamanı onminlərlə insan küçələrə çıxaraq hökumət əleyhinə etiraz aksiyaları keçirib. Hadisələr zamanı çox sayda insan xəsarət alıb, ölənlər olub. Gəzi Parkı hadisələrinin C.Soros tərəfindən idarə edildiyi haqqında məlumatlar mövcuddur.
#Türkiyə teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
