Pleyeri seçin:

Gürcüstan DTX-dən xüsusi əməliyyat | Dünya bu xəbərdən danışır!

17 iyul 2025 647 baxış

Gürcüstanda 3 milyon ABŞ dolları dəyərində radioaktiv uran ələ keçirilib.

Belə ki, Əks-kəşfiyyat və Xüsusi Əməliyyatlar departamentlərinin əməkdaşları Batumi şəhərində keçirdikləri birgə əməliyyat tədbirləri zamanı radioaktiv kimyəvi element olan uranın qanunsuz dövriyyəsi və satışı faktı üzrə iki nəfəri saxlayıblar. Saxlanılan şəxslərdən biri Gürcüstan vətəndaşı, digəri isə əcnəbi olub.

Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata əsasən, sözügedən nüvə materialı alfa və qamma şüalanmasının yüksək dozalarına malikdir və müxtəlif partlayıcı qurğuların hazırlanması, terror aktlarının həyata keçirilməsi və eləcə də kütləvi insan tələfatına səbəb ola biləcək məqsədlər üçün istifadə oluna bilər.

“Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla transmilli cinayət fəaliyyətinin, həmçinin gələcəkdə baş verə biləcək təhlükəli hadisələrin qarşısının alınmasına nail olunub.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 230-cu maddəsinin birinci hissəsi üzrə cinayət işi açılıb. Həmin maddə üzrə təqsirli şəxsləri 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir”, ‒ deyə Gürcüstan DTX-nin Terrorizmlə Mübarizə Mərkəzinin rəhbəri Baça Mqeladze bildirib.

Qeyd edək ki, saxlanılan əcnəbi şəxsin vətəndaşlığı ilə bağlı heç bir məlumat verilməyib.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 647 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 647 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 647 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 647 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 647 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 647 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 647 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 647 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 647 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 647 baxış
Seçilmişlər
icon