Pleyeri seçin:

Gürcüstana səs salan qərar | Gürcü politoloqlar bunun nələri dəyişdirəcəyindən danışdı

11 mart 2025 386 baxış

Gürcüstan parlamenti “Xarici Agentlərin Qeydiyyatı Aktı” adlı qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

Ölkənin hakim “Gürcü Arzusu” partiyası tərəfindən ABŞ-nin FARA qanununun tərcüməsi kimi parlamentə təqdim edilmiş qanun layihəsini 84 deputat dəstəkləyib.

Qeyd edək ki, yeni qanun daha əvvəl qəbul edilmiş “Xarici Təsirin Şəffaflığı Haqqında” qanunun daha sərt versiyasıdır.

Gürcüstan Strateji Planlaşdırmalar Mərkəzinin rəhbəri, politoloq Levan Mamaladze Baku TV-yə verdiyi müsahibəsində bu qanunun qəbul edilməsinin vacibliyindən danışıb.

“Mən ən başda tövsiyə edirdim ki, bu qanun qəbul edilsin, ancaq daha yumşaq variantı – “Xarici Təsirin Şəffaflığı Haqqında” qanun qəbul edildi ki, bunu da xaricdən maliyələşən təşkilatlar “rus qanunu” adlandıraraq etiraz edirdilər. FARA qanunu isə xaricdən maliyələşən təşkilatlar üçün ən ağır tənzimləmələri nəzərdə tutan və ABŞ-də qüvvədə olan qanundur. Gürcüstanda bu qanunun tətbiqi mütləq şərt idi. Çünki ölkədə 26 000-dən çox xaricdən maliyələşən qeyri-hökumət təşkilatı fəaliyyətdədir. 143 vətəndaşa bir təşkilat düşür ki, həmin təşkilatlarda da yüzlərlə insan çalışır. Faktiki olaraq Gürcüstan daxildən işğal olunub. Ona görə də ölkənin öz suverenliyini qoruması üçün xaricdən gələn vəsaitlərin hara, niyə və nəyə xərcləndiyi bəlli olmalıdır”, – o qeyd edib.

Politoloq David Çxelidze isə təşkilatların bundan əvvəlki qanunun tələblərini asanlıqla pozmasından danışıb.

“Bir neçə ay bundan öncə Gürcüstan Parlamenti xaricdən maliyyələşən təşkilatların maliyyə bəyannaməsini təqdim etməyi nəzərdə tutan şəffaflıq haqqında qanun qəbul etmişdi. Bu günlərdə isə parlament eyni qanunun ABŞ-də qüvvədə olan daha sərt variantını – FARA qanununu dəstəklədi. Bunu etməkdə əsas səbəblərdən biri Gürcüstanda qeyri-hökumət təşkilatlarının ”Xarici Təsirin Şəffaflığı Haqqında” qanunu “rus qanunu” adlandırmasıdır. Həmçinin qeyd etmək lazımdır ki, bir sıra təşkilatlar qanunla nəzərdə tutulmuş xüsusi qeydiyyatdan keçmirdilər və dövlət yalnız müəyyən məbləğdə cərimə tətbiq edə bilirdi. Hazırda qəbul edilən ABŞ qanununun analoqu isə hətta lazımi tələblər yerinə yetirilmədikdə həbs cəzasını nəzərdə tutur. Bununla da təşkilatlara nəzarət mexanizmi gücləndirilmiş oldu”, – politoloq bildirib.

Qeyd edək ki, yeni qanunun icrasını Gürcüstanın Anti-Korrupsiya Bürosu həyata keçirəcək.

Banner
Ukrayna müharibəsində diplomatik həll axtarışları intensivləşir - Baku TV CANLI

Ukrayna müharibəsində diplomatik həll axtarışları intensivləşir - Baku TV CANLI

Dünya
03 noyabr 2026 386 baxış
ABŞ İsrailə hərbi yardımı dayandırır?

ABŞ İsrailə hərbi yardımı dayandırır?

Dünya
03 noyabr 2026 386 baxış
"Əgər Avropa müharibə istəyirsə..."  | Lavrov Qərbə səsləndi - ƏSAS XƏBƏR

"Əgər Avropa müharibə istəyirsə..." | Lavrov Qərbə səsləndi - ƏSAS XƏBƏR

Dünya
03 noyabr 2026 386 baxış
Atom silahının istifadəsi ətrafında ictimai müzakirələr artıb

Atom silahının istifadəsi ətrafında ictimai müzakirələr artıb

Dünya
03 noyabr 2026 386 baxış
ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM

ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM

Dünya
03 noyabr 2026 386 baxış
Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Dünya
03 noyabr 2026 386 baxış
"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

Dünya
03 noyabr 2026 386 baxış
Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Dünya
03 noyabr 2026 386 baxış
Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Dünya
03 noyabr 2026 386 baxış
Rusiya yeni zərbələrə hazırlaşır?

Rusiya yeni zərbələrə hazırlaşır?

Dünya
03 noyabr 2026 386 baxış
Seçilmişlər
icon