Pleyeri seçin:
Gürcüstanda torpaq sürüşməsi | İtkin düşənlər var
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın Bağdati bələdiyyəsinin Neerqeti kəndində güclü yağışlar səbəbindən baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 6-ya çatıb.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.
Məlumata əsasən, təbii fəlakət nəticəsində itkin düşən daha 3 nəfərin axtarışları davam edir. Bir nəfər isə artıq xilas edilərək təhlükəsiz əraziyə aparılıb. Hadisə yerinə 200-dən çox xilasedici cəlb edilib. Artıq torpaq kütləsinin 70%-nin təmizləndiyi bildirilir.
Xatırladaq ki, ötən ilin avqustunda Gürcüstanın Oni bələdiyyəsinin Şovi kurort zonasında baş vermiş torpaq uçqunu nəticəsində 30-dan çox insan həlak olub.
Kopyalandı
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
