Əhaliyə maska xəbərdarlığı | Bu ölkədə epidemiya yayılır
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniyada “superqrip” epidemiyasının yayılması qeydə alınıb. Böyük Britaniya üzrə məktəb direktorları xəstəlik sayının sürətlə yüksəlməsinin narahatlıq doğurduğunu bildiriblər. Əməkdaşların sözlərinə görə, vəziyyət COVID dövrünə qayıdışı xatırladır.
“Daily Mail” xəbər verir ki, Londonda xəstəxanaya yerləşdirilənlərin sayı üç dəfə artıb, əhaliyə maskalardan istifadə etmək tövsiyə olunub.
Ən çox zərər görən təhsil müəssisələrindən biri Cənubi Uelsdə, Kayrfilli şəhərində yerləşən Müqəddəs Martin məktəbidir. Burada 250-dən çox şagird və əməkdaş xəstələndikdən sonra məktəb tam şəkildə karantinə bağlanıb.
Orta məktəbin direktoru Li Carvis valideynləri və qəyyumları qripə bənzər bu xəstəliyin əhəmiyyətli dərəcədə yayılması barədə məlumatlandıraraq müvəqqəti fasiləyə ehtiyac olduğunu bildirib.
Qeyd olunur ki, xəstəliyin simptomları qusma, ishal, yüksək temperatur, öskürək, başağrısı, halsızlıq və ümumi qripə bənzər əlamətlər daxildir. Orta sağalma müddəti yeddi gün təşkil edir.
#Böyük Britaniya teqi istifadə olunub
- Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir
- Miqrantlar üçün tələb olunan minimum yaşayış müddəti 5 ildən 10 ilə qaldırılacaq
- Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb
- İran Londonla münasibətlərdə gərginliyi artıran qərar qəbul edib - Baku TV CANLI
- Orta əsrlərin cəngavər döyüşləri fərqli formatda keçirilib
