Hər kəsi heyran edən qeyri-adi ada | Maraqlı görüntülər
Yeniliklərdən dərhal xəbərdar olun
Planetimizdə yeni-yeni məşhurlaşan və öz özəllikləri ilə insanları heyran edən möcüzəli yerlər çoxdur.
Belə gözəl məkanlardan biri də Sakit okeanda yerləşən İnkauasi adlı kaktuslar adasıdır. Bu qeyri-adi ada nağıllar aləmini xatırladır.
Bura hər şeydən əvvəl özünün unikal ekosistemi ilə diqqət çəkir. Adanın hər tərəfi səmaya boylanan nəhəng kaktuslarla doludur.
Mütəxəssislərin fikrinə görə, burada bəzi kaktusların yaşı min illərlə ölçülür. Əksər kaktusların gövdəsi o qədər yoğun və nəhəngdir ki, hətta onların içərisində yaşamaq üçün kiçik bir ev də tikmək olar.
Bu nəhəng bitkilər həm də heyrətamiz dərəcədə “müdrikdirlər”. Onlar mütəmadi olaraq öz gövdələrinə böyük miqdarda su ehtiyatı toplayır, quraqlıq baş verərsə, özlərinin ehtiyat “çən”lərindən istifadə edərək salamat qalır.
Ekzotik gözəlliyə malik bu kaktusların daha bir əhəmiyyəti də kiçik ada heyvanları üçün etibarlı sığınacaq yeri olmalarıdır. Belə ki, adada yaşayan müxtəlif növ ekzotik quşlar və kiçik məməlilər bu bitkilərin tikanlı gövdələri arasında yuva qurur. Bununla da özlərini yırtıcılardan və təhlükəli sürünənlərdən qoruyurlar.
İnkauasi adası həm təbiətsevərlər, həm də macəra axtaranlar üçün ideal coğrafi məkandır. Bu ada təbiət möcüzələrinin və insanların təbiətlə harmoniyasının canlı sərgisidir.
#Sakit okean teqi istifadə olunub
- El-Ninyo dünyanı necə dəyişəcək?
- Güclənən təbiət hadisəsi Sakit okean regionunda təhlükəni artırır
- Sakit okeanda güclənən Karina qasırğası bölgədə yenidən ciddi təhlükə yaradır - Baku TV CANLI
- ABŞ Prezidenti Atlantik və Sakit okeanın adını dəyişdirir?
- Sakit okeanın Çili sahillərində möhtəşəm balina ailəsi görüntülənib
