“Hərbi əməliyyatlar kökündən dəyişib, qeyri-ənənəvi təhdidlər var” | Sebastian Kurz
Yeniliklərdən dərhal xəbərdar olun
Avstriyanın keçmiş kansleri Sebastian Kurz Baku.tv-yə eksklüziv müsahibəsində qlobal təhlükəsizlik sistemində baş verən köklü dəyişikliklərdən danışıb. Kurz bildirib ki, müasir dövrdə hərbi əməliyyatların xarakteri fundamental şəkildə dəyişib və artıq klassik müharibə metodları öz yerini qeyri-ənənəvi təhdidlərə verir. O, kiberhücumlar, süni intellektin hərbi sahədə tətbiqi və dezinformasiya müharibələrinin milli təhlükəsizlik üçün ən böyük risklər olduğunu vurğulayıb. Keçmiş kanslerin fikrincə, dövlətlər artıq təkcə sərhədləri qorumaqla deyil, həm də rəqəmsal infrastrukturu və ictimai rəyi hədəf alan hibrid təhdidlərlə mübarizəyə hazır olmalıdırlar. Videoda Kurzun beynəlxalq münasibətlərdəki yeni güc mərkəzləri, Avropanın müdafiə strategiyası və Azərbaycanın regiondakı strateji rolu barədə mühüm açıqlamaları yer alır.
#XIII Qlobal Bakı Forumu teqi istifadə olunub
- XIII Qlobal Bakı Forumunun əhəmiyyəti | Əraqçidən Hörmüz boğazı ilə bağlı açıqlama - YENİ BİR SƏHƏR
- Anar Quliyev WUF13 ilə bağlı son məlumatları paylaşdı - Baku TV
- XIII Qlobal Bakı Forumunun üçüncü günü keçirilib
- XIII Qlobal Bakı Forumunun 3-cü günündə hansı məsələlər müzakirə edilir? - Baku TV
- XIII Qlobal Bakı Forumunun əhəmiyyəti | Neftin ucuzlaşması üçün növbəti həmlə - YENİ BİR SƏHƏR
