Hindistan Pakistana hava yolunu bağlayacaq? - Vəziyyət daha da gərginləşir
Yeniliklərdən dərhal xəbərdar olun
Hindistan-Pakistan sərhədində atəşkəs ardıcıl beşinci dəfə pozulub.
Tərəflərin heç biri itkilər barədə məlumat yaymayıb.
“The Economic Times” qəzeti isə yazır ki, Hindistan öz hava məkanını Pakistan təyyarələrinin üzünə bağlamağı və Pakistan gəmilərinin Hindistan limanlarına çıxışını qadağan etməyi planlaşdırır.
Hökumətdəki mənbələrə istinadən məlumat yayan mətbu orqanın xəbərinə görə, bu halda Pakistan Cənub-Şərqi Asiyadakı bölgələrə çatmaq üçün Çin və ya Şri-Lankadan keçən təyyarələrin marşrutunu dəyişməli olacaq.
Qeyd edək ki, Pakistan Beynəlxalq Hava Yolları Sinqapur və Tailandla yanaşı, Kuala-Lumpur və digər Malayziya şəhərləri də daxil olmaqla dünyanın bu hissəsindəki bir neçə istiqamətə daxil olmaq üçün Hindistanın hava məkanından istifadə edir.
#Hindistan teqi istifadə olunub
- Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI
- "Pirelli" təqvimində Hindistan gözəlliyi
- "Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV
- Hindistanda bayram şənliyində baş verən faciə 17 nəfərin həyatına son qoydu - Baku TV
- "Çin və Hindistan Putinə kömək edir" | Voldimir Zelenski
