Hindistan Trampın xəbərdarlığından sonra Rusiyadan neft almayacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Çinlə soya paxlası üzrə razılaşmanın əldə olunacağına inanır.
Belə ki, Pekin və Vaşinqton arasında ticarət danışıqları yeni tarif təhdidlərindən, ixrac nəzarətlərindən sonra yenidən canlanır. Jurnalistlərə açıqlama verən Tramp əlavə edib ki, Çin nadir torpaq elementləri mövzusunda ABŞ ilə oyun oynamamalıdır.
“Hazırda Çin misli görünməmiş məbləğdə tariflər ödəyir, daha əvvəl heç vaxt ödəmədikləri qədər. Bilirsiniz ki, birinci prezidentliyim dövründə də çox ödəmişdilər. İndi ABŞ-yə inanılmaz məbləğdə rüsum ödəyirlər. Biz bunu azalda bilərik, amma onlar da bizim üçün nələrsə etməlidirlər”, ‒ o bildirib.
Tramp “Tarifləri nə qədər azalda bilərsiniz?” sualına isə belə cavab verib: “Bu, onlardan nə istədiyimizdən asılıdır. Fentanil məsələsinə görə bizdə 20% tarif var idi, amma onlar təxminən 157% əlavə rüsum ödəyirlər, bu da rekord səviyyədə bir tarifdir. Mən istəmirəm ki, onlar bu qədər ödəsinlər. Mən Çinə kömək etmək istəyirəm. Çinə zərər vermək istəmirəm, amma onlar da bizə nələrsə verməlidirlər”.
Ağ Ev rəhbəri həmçinin bildirib ki, o, Hindistanın Baş naziri Narendra Modi ilə danışıq aparıb və Rusiya nefti məsələsinə birdəfəlik son qoyub. Yəni Hindistan Rusiyada neft alışını məhdudlaşdıracaq.
ABŞ Prezidenti əlavə edib ki, əgər belə olmasa, Yeni Dehli “böyük” tariflər ödəməyə davam edəcək.
#Donald Tramp teqi istifadə olunub
- Tramp İranla müharibə zamanı ABŞ-nin qoruduğu ölkələrdən ödəniş tələb etdi - Baku TV
- Trampdan sərt çıxış: İran müharibəsinin xərclərini kim ödəyəcək? - Baku TV CANLI
- Vaşinqton-Tehran arasında son şans? | Ərdoğan Trampa nə çağırış etdi? - Baku TV
- Demokratlar Ukraynaya 15 milyard yönləndirə biləcək? - Baku TV
- Tramp Ukraynanın sərhədlərinin dəyişəcəyinə işarə edir?
