Pleyeri seçin:
“Hizbullah” İsrailə güclü raket zərbəsi endirdi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Hizbullah" hərbi qruplaşması İsrailin şimalındakı Kiryat-Şmona şəhərinə raketlərlə hücum edib.
Bu barədə yerli media məlumat yayıb.
İsrailin Milli Təhlükəsizlik Nazirliyi də xəbəri təsdiq edərək zərbələrin qarşısının "Dəmir qübbə" Hava Hücumundan Müdafiə Sistemi tərəfindən vaxtında alındığını bildirib.
Xəbərə görə, İsrail ərazisinə həmin gün ümumilikdə 30 raket zərbəsi endirilib ki, onlardan 10-u səmadaca zərərsizləşdirilib. Digər raketlər isə düzən ərazilərə düşüb.
Nazirlikdən verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Məsələ ilə bağlı açıqlama verən “Hizbullah” qruplaşması isə bunun Livanın cənubundakı Hula kəndində 3 mülki şəxsin ölümünə səbəb olan hücuma cavab olduğunu bildirib.
Kopyalandı
#İsrail teqi istifadə olunub
- ABŞ İsrailə hərbi yardımı dayandırır?
- İranın yerli müdafiə sənayesinin gücləndirilməsi ilə bağlı göstərişlər verildi - Baku TV CANLI
- Baş nazir ilk danışığını İtamar Ben-Qvir ilə aparıb
- İsraildə parlament seçkilərinə xarici müdaxilə ehtimalı yoxlanılır
- İsraildə və ABŞ-də seçkilər Qəzzaya təsir edəcək? - Baku TV
