Pleyeri seçin:

Hollivudun ən sadə və ən "kədərli" aktyoru | Kianu Rivz niyə lüksdən qaçır? - RETRO BAKU

14 fevral 2025 262 baxış

Baku TV-də aktyor Kianu Çarlz Rivz haqqında araşdırma materialı yayımlanıb.

O, 2 sentyabr 1964-cü ildə Livanın Beyrut şəhərində anadan olub. Kianu Rivzin 3 yaşı olanda atası narkotik alverinə görə həbs olunub və ailəsini tərk edib. Anası isə bir neçə dəfə evli olduğu üçün o, uşaqlığını müxtəlif ögey atalarla keçirib.

K.Rivz məktəbdə disleksiyadan (oxumaqda çətinlik) əziyyət çəkdiyi üçün dərslərində uğurlu ola bilməyib.

O, aktyorluğa maraq göstərməyə başlayaraq dram dərslərinə gedir, 15 yaşında “Romeo və Cülyetta” tamaşası ilə ilk dəfə səhnəyə çıxır. 1980-ci illərin əvvəllərində Kanadada reklam çarxlarında və televiziya şoularında görünməyə başlayır. O, ilk böyük uğurunu 1986-cı ildə “River’s Edge” filmi ilə əldə edərək Hollivuda köçür.

Kianu Rivz sadəliyi və təvazökarlığı ilə tanınan nadir Hollivud ulduzlarından biridir. O özünü adi insanlardan üstün hesab etmir və çox vaxt ictimai nəqliyyatda, kafe və kitab mağazalarında təkbaşına görünür.

K.Rivz “The Matrix” trilogiyasından qazandığı milyonlarla dolların bir hissəsini film üzərində çalışan vizajçı və xüsusi effektlər üzrə mütəxəssislər komandası ilə bölüşür.

Aktyor müsahibələrindən birində “Pul mənim üçün vacib deyil. Onsuz da kifayət qədər varımdır. Önəmli olan insanlara yaxşılıq etməkdir” deyir.

Digər Hollivud ulduzlarından fərqli olaraq Kianu Rivz dəbdəbəli villalarda cangüdənlərin əhatəsində yaşamır, əksinə, Los-Ancelesdə sadə bir evdə qalır, bəzən isə hotellərdə qalmağa üstünlük verir. Onu bir dəfə parkda oturub yemək yeyərkən görüblər və həmin foto illərdir ki, sosial şəbəkələrdə “Sad Keanu” (Kədərli Kianu) adı ilə məşhur olub.

Kopyalandı
Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 262 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 262 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 262 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 262 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 262 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 262 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 262 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 262 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 262 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 262 baxış
Seçilmişlər
icon