Hörmüz məsələsi ABŞ-ni hərəkətə keçirdi | Tramp İrana şərt qoydu - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ kəşfiyyat qurumları İranın Hörmüz boğazında minalar yerləşdirməyə başladığı barədə məlumat əldə edib.
Bu barədə "CBS News" telekanalının müxbiri Cennifer Ceykobs "X" sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, ABŞ kəşfiyyatı İranın Hörmüz boğazında yerləşən gəmiçilik dəhlizində minalar quraşdırmaq istiqamətində addımlar atdığına dair məlumatlar əldə edib. Jurnalist həmçinin bildirib ki, İran hər biri iki-üç mina daşıya bilən kiçik gəmilərdən istifadə edir.
Bu arada, ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazını minalaması xəbərinə münasibət bildirib. Bu barədə Ağ Ev rəhbəri özünün “Truth Social” hesabında paylaşım edib.
“Əgər İran Hörmüz boğazında hər hansı bir mina yerləşdiribsə – biz belə bir məlumat almamışıq – onları dərhal çıxarmalarını istəyirik”, – deyə Donald Tramp yazıb.
ABŞ lideri onu da bildirib ki, əgər hər hansı səbəbdən minalar yerləşdirilib və dərhal çıxarılmazsa, İrana qarşı hərbi nəticələr heç vaxt görülməyən səviyyədə olacaq.
#İran teqi istifadə olunub
- COVID-19 və qrip yenidən narahatlıq yaradır: ölənlər var - Baku TV
- COVID-19 və qrip yenidən narahatlıq yaradır - Baku TV CANLI
- Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb
- İran Londonla münasibətlərdə gərginliyi artıran qərar qəbul edib - Baku TV CANLI
- Trampdan İrana yeni zərbə mesajı
