İbrahim Rəisi ilə vida mərasimi necə keçiriləcək? - Təfərrüatlar
Yeniliklərdən dərhal xəbərdar olun
Helikopter qəzası nəticəsində dünyasını dəyişən İran Prezidenti İbrahim Rəisi Məşhəd şəhərində İmam Rza ziyarətgahında dəfn olunacaq.
Bu barədə İran Prezidenti və onunla birlikdə həlak olan heyətin dəfni ilə bağlı yardılmış komitədən məlumat verilib.
Mayın 21-də İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərində Şohəda meydanından Mosəllaya qədər vida mərasimi keçiriləcək.
Mərasimin ardından mərhum prezidentin cənazəsi ölkənin şimalında yerləşən Qum vilayətinə yola salınacaq. Orada da vətəndaşlar son dəfə Prezidentlə ziyarətgahda vidalaşacaqlar.
Daha bir vida mərasimi Tehranın İmam Xomeyni ibadət məkanında keçiriləcək. Mayın 22-də isə paytaxtda, Tehran Universitetində vida mərasimi təşkil olunacaq.
Daha sonra mayın 23-də isə İranın şimal-şərqində yerləşən Cənubi Xorasan vilayətində və Məşhəd şəhərində İmam Rza ziyarətgahında İbrahim Rəisi ilə vidalaşacaqlar.
#İbrahim Rəisi teqi istifadə olunub
- Əli Şamxani Rəisinin ölümündə sui-qəsd cəhdini mümkün hesab edir
- Rəisinin düşdüyü helikopter qəzasının əsas səbəbi bu imiş
- İran Silahlı Qüvvələrinin Baş Qərargahından Rəisinin ölümü ilə bağlı vacib açıqlama
- Rəisinin ölümü barədə sensasiyalı xəbər | Xanımı kimə od püskürdü?
- İran kəşfiyyatından təcili məlumat | Ölkədəki ölümcül atışmaların bilinməyənləri
