III Çarlzın və onun ailə üzvlərinin illik maaşı | Əsas gəlir mənbəyi isə...
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniya kralı III Çarlz və onun ailə üzvlərinin illik maaşları məlum olub.
III Çarlzın əsas gəlir mənbəyi hər il ödənilən suveren qrantdır. Bu, təxminən 113 milyon dollar təşkil edir. Bu məbləğ daşınmaz əmlakın saxlanılmasına, işçilərin maaşlarına və sarayın planlaşdırdığı digər xərclərə sərf olunur.
Monarx şəxsi xərclər üçün Lankaster Hersoqluğundan pul alır ki, bu da hər il ona təxminən 25 milyon dollar qazandırır. Hökmdarın sərvəti hazırda 750 milyon dollar qiymətləndirilir.
III Çarlzın bacısı Annanın gəliri bundan bir neçə dəfə azdır – 1971-ci ildən o, cəmi 21 milyon dollar qazanıb.
Bundan əlavə, əvvəllər kral ailəsinin üzvü Şahzadə Endrü ildə təxminən 330 min dollar alırdı. Buna baxmayaraq, kral vəzifələrindən azad edildikdən sonra Çarlzın kiçik qardaşı daha təvazökar yaşamağa məcbur olub.
Bu siyahıya daha əvvəl Meqan Markl və Şahzadə Harri də daxil idi. Ancaq 2020-ci ildən etibarən cütlük kral ailəsindən pul almağı dayandırdı.
#Böyük Britaniya teqi istifadə olunub
- Hörmüz boğazının açılması Avropa üçün prioritetə çevrilib - Baku TV
- Fırtına nəticəsində 2 nəfər ölüb, 90 min ev işıqsız qalıb
- Böyük Britaniyada 1500-dən çox aviareys təxirə salınıb, fırtına 82 min evin elektrik təchizatını kəsib
- Londondan müharibə xəbərdarlığı
- Böyük Britaniya mümkün müharibəyə hazırlıq üçün konkret zaman müəyyənləşdirib - Baku TV CANLI
