Pleyeri seçin:
İki ailə arasında silahlı insident | Türkiyədəki hadisə barədə təcili məlumat
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Sakarya vilayətinin Erenler rayonunda iki ailədən olan 6 nəfər arasında atışma baş verib.
Anadolu Agentliyi xəbər verir ki, insident zamanı 2 nəfər ölüb, daha 2 nəfər isə ağır yaralanıb.
Hadisə yerinə təcili yardım və jandarm əməkdaşları cəlb edilib. Xəsarət alan 4 nəfər yaxınlıqdakı xəstəxanalara aparılıb.
Onlara tibbi yardım göstərilməsinə baxmayaraq, yaralananlardan ikisi aldıqları xəsarətlərdən ölüb. Xəstəxanadan daha birinin vəziyyətinin ağır olduğu, digərinin isə həyatı üçün təhlükənin olmadığı bildirilib.
Ərazidə geniş təhlükəsizlik tədbirləri həyata keçirən jandarm əməkdaşları hadisə yerindən qaçan iki şübhəlinin saxlanılması üçün əməliyyata başlayıb.
Kopyalandı
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
