İndoneziyada insanlar deputatların maaşlarının artmasına qarşı çıxıb
Yeniliklərdən dərhal xəbərdar olun
İndoneziyada iyun ayından başlayan və iqtisadi bərabərsizlik, parlament üzvlərinin maaş artımı, əmlak vergisi və parlamentə verilən mənzil ödənişinə qarşı formalaşan iğtişaşlar inqilab həddinə çatıb.
Avqustun 28-də taksi sürücüsünün zirehli polis avtomobili ilə vurularaq həyatını itirməsindən sonra kütləvi narazılıq başlayıb.
Cakartada insanlar parlament binası qarşısında toplaşıb. Polis su şırnağı və gözyaşardıcı qazla müdaxilə edib və bundan sonra izdiham genişlənib, nəticədə nəqliyyatın hərəkəti iflic olub və şəhərdə gərginlik artıb.
Makassar şəhərində etirazçıların şəhər şurası binasında törətdikləri yanğın nəticəsində 3 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Avqustun 31-dən etibarən etiraz dalğası ölkənin bir çox bölgəsinə yayılıb.
Hökumət bərabərlik və stabillik mesajları verməyə başlayıb. Belə ki, Prezident deputatlara verilən 3 min dollarlıq mənzil ödənişi və xarici səfərlər kimi imtiyazları ləğv edib.
Qeyd edək ki, bu etiraz dalğası hökumətə bir neçə istiqamətdə ziyan vurub. Səhm bazarı 3%-dən çox dəyər itirib. Ölkədəki daxili vəziyyətə görə, İndoneziya Prezidenti Çinə səfərini ləğv etməli olub.
#İndoneziya teqi istifadə olunub
- İndoneziyada qeyri-adi hadisə baş verib
- Rusiya ordusuna cəlbetmə iddiaları İndoneziya hökumətini hərəkətə keçirib - Baku TV CANLI
- Kontent hazırlayan əcnəbilərin ölkəyə girişi qadağan edilə bilər
- Qatar qəzasında 14 nəfər öldü, yaralananlar var
- İndoneziya sahillərində 7,4 maqnitudalı zəlzələ | Sunami xəbərdarlığı edildi
