Pleyeri seçin:

İnsan dərisindən əşya hazırlayan, məhbuslara cəhənnəm əzabı yaşadan ər-arvad | ARAŞDIRMA

09 may 2024 243 baxış

Baku TV aşiq olduğu kişinin məhəbbətini qoruduğu üçün ürəyini çıxarıb yataq otağında saxlayan, insan dərisindən əşyalar düzəltdiyinə görə “Frau Abajur” ləqəbi alan çoxuşaqlı “Buxenvald ifritəsi” İlza Kox haqqında araşdırmanı təqdim edir.

İlza Kox 1906-cı ildə Drezden şəhərində fəhlə ailəsində anadan olub. Gəncliyində makinaçı, kitabxanaçı, mühasib işləyib. 1932-ci ildə Milli Sosialist Alman Fəhlə Partiyasının üzvü olub.

1934-cü ildə o, gələcək əri Zaksenhauzen düşərgəsinin komendantı Karl Otto Koxla tanış olur. Evləndikdən sonra cütlük Buxenvald konsentrasiya düşərgəsinə köçür, ərinin komendant vəzifəsinə keçməsi İlzaya bütün düşərgənin qadın şöbəsinə nəzarət etmək imkanı verir.

Çox keçmədən məhbuslar ağ atın üstündə dolaşan, qarşısına çıxan hər kəsi vəhşicəsinə qamçı ilə döyən, itlər üçün tikə-tikə edən İlzadan çox qorxmağa başlayırlar. İlza kişi məhbusları saatlarla həyətdə çılpaq saxlayıb dərilərində döymə axtarırdı. Döyməsi olan hər adamı öldürtdürüb dərisinin döymə hissəsini kəsib, müxtəlif əşyalar tikməyə başlayır. Ən gözəl döymələrdən öz əlləri ilə düzəltdiyi abajurla fəxr etdiyi üçün onu “Frau Abajur” adlandırmağa başlayırlar.

İlza insan dərisindən məmulatların istehsalını genişləndirir, onlardan əlcək, çanta, kitab üzlükləri, pul kisələri hazırlamağa başlayır. İlza insanın daxili orqanlarının şəxsi kolleksiyasını yaradır. Bir gün əsirləri sıraya düzüb döymələrə baxarkən İlza slavyanəsilli hündürboy, yaraşıqlı kişi ilə qarşılaşır.

Onu ayrıca otaqda saxlamağı və qidalandırmağı əmr edir. Bir həftəyə özünə gələn əsiri yanına çağırır və ona dəlicəsinə aşiq olduğunu etiraf edir. Əsir faşistlərə nifrət etdiyini deyir və İlzanın bütün təkliflərini rədd edir.

Bundan qəzəblənən İlza əsirin ürəyindən güllələnməsini təşkil edir və içində güllə olan ürəyi xüsusi məhlula yerləşdirərək yataq otağında saxlayır.

Əsirlərdən toplanan qiymətli əşyaların da çox hissəsini Buxenvaldda hökmranlıq edən Kox cütlüyü Reyxbankdan gizlədib, mənimsəyir.

1944-cü ildə cütlük həbs edilir, Karl tribunal tərəfindən ölüm cəzasına məhkum edilir və düşərgənin həyətində güllələnir. Amma İlza cəzadan yaxasını qurtara bilir.

1945-ci ildə Buxenvaldın azad edilməsi zamanı insan dərisindən hazırlanmış bir çox artefakt aşkar edilir, lakin bir müddət sonra abajurlar müəmmalı şəkildə yoxa çıxır.

1947-ci ildə İlzanı həbs edib, edam etmək istəsələr də, hamilə olduğu üçün edamı ömürlük həbslə əvəz edirlər. Həbsxanada İlzanın psixikası tamamilə pozulur, onun gözlərinə öldürdüyü məhbuslar görünməyə başlayır. 1967-ci ildə 60 yaşlı İlza həbsxana kamerasında döşəkağıdan kəndir düzəldərək özünü asır.

Kopyalandı
Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 243 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 243 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 243 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 243 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 243 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 243 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 243 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 243 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 243 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 243 baxış
Seçilmişlər
icon