Pleyeri seçin:

İnsanlar ağır xəstəliyə tutulacaq? - Yeni aşkarlanan virus barədə xəbərdarlıq

08 noyabr 2024 523 baxış

ABŞ-də Pepper adlı ev pişiyinin gözlənilməz kəşfi sayəsində yeni virus aşkarlanıb.

Qeynsvildə yaşayan Pepperin sahibi, virusoloq Con Lednitskiyə ölü siçan gətirilməsindən sonra alimlər araşdırma aparmağa məcbur olublar.

Gəmiricilərdə virusların tədqiqi üzərində işləyən Lednitski siçanı araşdırmaq qərarına gəlib və nəticədə ceylonq virusu 1-i (GRJV1) kəşf edib. Komanda əvvəlcə maral çiçəyi virusunu axtarırmış, lakin bunun əvəzinə əvvəllər yalnız Avropa, Cənubi Amerika, Asiya və Afrikada tanınan ceylonq virusunun yeni alt növü ilə qarşılaşıblar.

Tədqiqatların müəlliflərindən biri olan Emili DeRuyterin sözlərinə görə, kəşf tamamilə təsadüfi olub və onun nümunəsi göstərir ki, varlığından belə şübhələnmədiyimiz viruslar insanın yanında ola bilər. Ceylonq viruslarının insanlarda tənəffüs yolu infeksiyalarına səbəb ola bilən paramiksoviruslar ailəsinə aid olduğu məlumdur.

Sonrakı təcrübələr vasitəsilə elm adamları ceylonq virusu 1-in gəmiricilər, insan və primat hüceyrələrində böyüyə biləcəyini aşkar ediblər, bu da virusun növlər arası transfer potensialını göstərir. Bununla belə, virusun insanlarda və ya ev heyvanlarında xəstəliyə səbəb ola biləcəyinə dair hələ heç bir sübut yoxdur: məsələn, Pepper adlı pişik siçanla təmasda olmasına baxmayaraq, virusa yoluxmayıb.

Virus ətrafında araşdırmalar davam edir.

Banner
Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR

Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR

Dünya
27 oktyabr 2026 523 baxış
Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI

Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI

Dünya
27 oktyabr 2026 523 baxış
Möhsün Rezai problemlərin həlli üçün 4 ölkənin adını çəkib

Möhsün Rezai problemlərin həlli üçün 4 ölkənin adını çəkib

Dünya
27 oktyabr 2026 523 baxış
Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV

Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV

Dünya
27 oktyabr 2026 523 baxış
Vaşinqton və Tehran xəbərdarlıqlarını sərtləşdirir | Yaxın Şərqdə nələr olacaq? - Baku TV CANLI

Vaşinqton və Tehran xəbərdarlıqlarını sərtləşdirir | Yaxın Şərqdə nələr olacaq? - Baku TV CANLI

Dünya
27 oktyabr 2026 523 baxış
Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI

Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI

Dünya
27 oktyabr 2026 523 baxış
Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib

Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib

Dünya
27 oktyabr 2026 523 baxış
Tehranda gizli hesablaşma? - Yaxın Şərqdə yeni hərbi ittifaq yaranır? - Baku TV CANLI

Tehranda gizli hesablaşma? - Yaxın Şərqdə yeni hərbi ittifaq yaranır? - Baku TV CANLI

Dünya
27 oktyabr 2026 523 baxış
Beynəlxalq fond meşələrin qorunmasına görə ölkələrə ödəniş edəcək

Beynəlxalq fond meşələrin qorunmasına görə ölkələrə ödəniş edəcək

Dünya
27 oktyabr 2026 523 baxış
Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır

Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır

Dünya
27 oktyabr 2026 523 baxış
Seçilmişlər
icon