İnsanları robotlarla əvəz etmək istəyirlər, yoxsa…? | Orkestrin bədii rəhbərindən açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Drezden Simfonik Orkestrində robot drijorlar konsert proqramı ilə çıxış edib.
Robot dirijor MAiRA Pro S-in debütü Almaniyanın Drezden şəhərində baş tutub.
İki tamaşa dəzgah ustalarının ən son nailiyyətlərini, həmçinin müasir texnologiyalardan istifadə üçün xüsusi olaraq yazılan musiqiləri nümayiş etdirmək üçün nəzərdə tutulub.
Drezden Simfonik Orkestrinin bədii rəhbəri Markus Rindt qeyd edib ki, məqsəd “insanları əvəz etmək deyil”, insan dirijorlarının qeyri-mümkün hesab edəcəyi mürəkkəb musiqiləri ifa etməkdir.
Qeyri-adi konsertlər Drezden Simfonik Orkestrinin 25 illiyinə həsr olunub. Konsert zamanı robot ritmi döymək üçün üç qolundan istifadə edib.
Jurnalistlərin fikrincə, MAiRA Pro S mükəmməl ritm tutmaq məharəti ilə diqqəti cəlb edib.
