İran hökuməti Pezeşkiana tələ qurur? - Prezident üsyan etdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Ölkədə motivasiya yoxdur, bizə çalışmağa imkan vermir, oyuna buraxmırlar”.
Bu sözləri İran Prezidenti Məsud Pezeşkian deyib.
O bildirib ki, hakimiyyət daxilində müəyyən qruplaşma onu ləkələməyə çalışır: “Ləyaqətli və bacarıqlı şəxslərin, kadrların işə cəlb olunmasına icazə vermirlər. Ona görə ki bu kadrlar işə cəlb olunduqları halda sözügedən hakimiyyətdaxili qruplar kölgədə qalacaq, güc mərkəzlərini əllərində saxlaya bilməyəcəklər”.
Pezeşkianın sözlərinə görə, dəyişiklik üçün yeni plan hazırlanmalıdır: “Ölkədə insanlar çətinlik içərisində yaşayırlar. Xalq bizim sözlərimizdən uzaqdır. Söz vermişik, amma yerinə yetirmirik. Onlar bizim riyakarlığımızdan qorxur, verdiyimiz yalan vədlərə görə bizdən narazıdır”.
İran Prezidenti HƏMAS liderinin Tehranda sui-qəsd nəticəsində öldürülməsinə görə hökuməti tənqid etməklə yanaşı, hökumətin ayırdığı pulların hara getdiyinin bəlli olmadığını deyib.
#İran teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
