İran hökuməti qlobal bazarı sarsıdacaq addımı atacaq? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani Tehranın Hörmüz boğazını bağlamaq niyyətində olmadığını deyib.
“Bizim Hörmüz boğazını bağlamaq niyyətimiz yoxdur. İranın Hörmüz boğazında sülhü və təhlükəsizliyi qorumaq üçün ayrılmaz hüququ var və bu, bizim məsuliyyətimizdir”, – deyə o bildirib.
Qeyd edək ki, daha əvvəl ABŞ maliyyə naziri Skott Bessent qeyd edib ki, ABŞ Hərbi Dəniz Qüvvələri, ehtimal ki, beynəlxalq koalisiyanın bir hissəsi olaraq, hərbi cəhətdən mümkün olduqda Hörmüz boğazından gəmiləri müşayiət edəcək.
“İnanıram ki, hərbi cəhətdən mümkün olan kimi, ABŞ Hərbi Dəniz Qüvvələri, ehtimal ki, beynəlxalq koalisiyanın bir hissəsi olaraq, gəmiləri müşayiət etməyə başlayacaq”, – deyə amerikalı nazir bildirib.
O, gəmilərin müşayiət planının ABŞ-nin hava məkanına tam nəzarəti ələ keçirməsindən və İranın raket imkanlarını bərpa etmək qabiliyyəti tamamilə pozulduqdan sonra həyata keçiriləcəyini söyləyib.
ABŞ maliyyə naziri İranın Hörmüz boğazını minaladığı barədə məlumatları da təkzib edib.
“Əslində, hazırda tankerlər oradan keçir. İnanıram ki, İran tankerləri və Çin bayrağı altında üzən bir neçə tanker oradan keçib. Buna görə də bilirik ki, onlar boğazları minalamayıblar”, – deyə amerikalı nazir əlavə edib.
#İran teqi istifadə olunub
- 22 aylıq plan | İran uzunmüddətli müharibəyə nə dərəcədə hazırdır? - Baku TV
- Vaşinqton Tehranla razılaşacaq, yoxsa hərbi təzyiqi artıracaq? - Baku TV
- Atom silahının istifadəsi ətrafında ictimai müzakirələr artıb
- ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM
- "İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV
