İran Prezidentindən iddialı açıqlama | Pezeşkian Şahbaz Şəriflə telefonda nə danışdı? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
“Biz hesab edirik ki, müharibə və münaqişə heç bir tərəfin maraqlarına cavab vermir və biz qarşılıqlı fəaliyyət, diplomatiya yoluna üstünlük veririk, lakin özümüzü müdafiə etməkdə tərəddüd etmirik”.
Bunu İran Prezidenti Məsud Pezeşkian Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığında deyib.
“İran İnternational”da yayılan məlumatda qeyd olunub ki, Pezeşkian ABŞ-nin danışıqlar təklifinə də münasibət bildirib. Vurğulayıb ki, əgər Vaşinqton həqiqi diplomatiyaya can atırsa, təxribatçı hərəkətləri dayandırmalıdır.
Pezeşkian və Şahbaz Şərif həmçinin Yaxın Şərqdəki mövcud vəziyyəti müzakirə edib və diplomatik dialoqu davam etdirmək niyyətini bildiriblər.
“Hazırda bir neçə ölkə regionda tammiqyaslı müharibənin qarşısını almağa çalışır. Lakin onlardan heç biri Avropa ölkəsi deyil”.
Bunu isə İranın xarici işlər naziri Abbas Əraqçi “X” hesabında yazıb. Onun sözlərinə görə, Avropa ancaq vəziyyəti qızışdırmaqla məşğuldur.
Qeyd edək ki, Avropa İttifaqı İran İslam İnqilabı Keşikçilər Korpusunu terror təşkilatlarının siyahısına daxil edib.
#Məsud Pezeşkian teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR
- Pezeşkian Vaşinqtona nə dedi? | Yaxın Şərqdə vəziyyət gərginləşir - Baku TV CANLI
