İran sakinləri İsrailin yaşatdığı dəhşətdən danışdı | Heç vaxt belə səs eşitməmişdik...
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail-İran arasında hava hücumları davam edir. İranlı nüvə alimləri, rütbəli şəxslər zərbələrə görə həlak olublar. Nəticədə, Tehranın Təl-Əvivə cavab tədbirləri çox gecikməyib.
Mövcud situasiya hər iki ölkənin sakinləri arasında narahatlıqla qarşılanır. İranın cavab tədbirləri bir çox İsrail sakinlərini qapalı yerlərdə vaxt keçirməyə məcbur edib. Bəzi sakinlər isə zəruri ərzaq ehtiyatlarını yığırlar.
“Hər kəs narahatdır. Bir saat əvvəl supermarketdə idim. Süd, yumurta almaq üçün uzun növbə var. Çox sayda əsas məhsullar çatışmır. Yaxın günlər ərzində sağ qala biləcəyimə əmin olmaq üçün təbii olaraq evimdə bir neçə məhsul istəyirəm”, – İsrail sakinlərindən biri söyləyib.
İran vətəndaşları da İsrailin hava hücumları haqqında fikirlərini bildiriblər.
“Bu, 50 il ərzində heç vaxt eşitmədiyimiz böyük bir partlayış səsi idi. Həmin görüntüləri real həyatda yox, yalnız filmlərdə görmüşəm. Partlayışın təsiri o qədər böyük idi ki, məni divara çırpdı”, – onlardan biri deyib.
#Hava hücumu teqi istifadə olunub
- Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü
- Rusiya raketlərlə hücuma keçdi | Xeyli insan dağıntıların altında qalıb? - Baku TV CANLI
- Xarkova yeni zərbə endirildi | Hücumda xeyli sayda ölən və yaralanan var - Baku TV
- İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı artıb | Tutucu raket buraxılıb - Baku TV
- Yaxın Şərqdə gərginlik səngimir | Hədəf alınan şəxs kim idi? - Baku TV CANLI
