İran sürətli şəkildə neft ixrac edir ki... | Peyk görüntüləri nələri üzə çıxardı?
Yeniliklərdən dərhal xəbərdar olun
İran İsrailin ehtiyatlarını məhv etmədən hasil etdiyi nefti təcili şəkildə ixrac etməyə çalışır.
Bu barədə “Blumberq” nəşri peyk görüntülərinə istinadən yazıb.
Qeyd olunur ki, İran neftinin əsas hissəsi Fars körfəzində yerləşən Xark adasındakı neft terminalı vasitəsilə ixrac olunur. Adada yerləşən anbarlar “üzən” damla təchiz olunub. Anbar neftlə dolduqda dam yuxarı qalxır, boşaldıqda isə aşağı enir:
“11 iyun tarixli peyk görüntülərində demək olar ki, bütün iri anbarların damlarının aşağı vəziyyətdə olduğu – yəni anbarlarda çox az neft qaldığı görünür. Amma 18 iyun tarixli şəkillərdə isə demək olar ki, bütün damların ən yüksək vəziyyətdə olduğu – anbarların tam dolduğu müşahidə olunur”.
Nəşr bu vəziyyəti belə izah edir:
“İran ölkənin daxili bölgələrindən mümkün qədər çox nefti dənizdəki tankerlərə ötürməyə çalışır və Xark adasındakı neft anbarı bu prosesdə aralıq məntəqə rolunu oynayır. Əgər neft okean tankerinə yüklənə bilsə, bu, Tehrana hələ bir müddət maliyyə axınının davam etməsini təmin edəcək.
TankerTrackers.com saytının məlumatına görə, İsrailin İrana zərbələr endirməyə başladığı beş gün ərzində İranın gündəlik neft ixrac həcmi əvvəlki norma ilə müqayisədə 44% artıb.
Xark adasındakı neft terminalı İsrailin mümkün zərbəsi üçün həssas hədəf olduğundan, neft tanker gəmiləri adaya yaxınlaşmaqdan çəkinir. Yalnız onların yüklənmə növbəsi çatanda sürətlə terminala yaxınlaşır və orada mümkün qədər az vaxt keçirməyə çalışır”.
#İsrail-İran münaqişəsi teqi istifadə olunub
- Məkkə Müdafiə İttifaqının yüksəkvəzifəli rəsmiləri İrana səfər edəcəklər - Baku TV
- “İranı daş dövrünə və qaranlığa qaytaracağıq” | İsraildən mesaj
- Gərginliyi alovlandıran məsələ: İran kütləvi zərbələrə məruz qalacaq? - Baku TV CANLI
- İsrailin əsas məqsədi nədir? | Netanyahu istəyinə çatacaq? - Baku TV
- İsrailin İran planı savaş riskini artırır | Netanyahudan diqqətçəkən mesaj - Baku TV
