Pleyeri seçin:

"İran xalqının digər millətlərə qarşı düşmənçiliyi yoxdur" | Pezeşkian

02 aprel 2026 507 baxış

İran xalqının Amerika, Avropa və ya qonşu dövlətlərin xalqları da daxil olmaqla digər millətlərə qarşı heç bir düşmənçiliyi yoxdur.

Bu barədə İran Prezidenti Məsud Pezeşkianın ABŞ vətəndaşlarına ünvanladığı məktubda deyilir.

"İran xalqı heç vaxt Amerika, Avropa və qonşuları da daxil olmaqla digər millətlərə qarşı düşmənçilik aparmayıb. İranlılar tarix boyu xarici hökumətlərin müdaxiləsi və təzyiqi ilə qarşılaşsalar belə, həmişə bu ölkələrin hakimiyyəti ilə xalqı arasında fərq qoyublar", – deyə Pezeşkian qeyd edib.

O, bu ölkənin sakinlərini siyasi ritorikadan kənara çıxmağa və İranın keçmişinin, bu gününün reallıqlarını və qarşıdurma ilə deyil, həqiqət, ləyaqət və qarşılıqlı anlaşma ilə müəyyən edilən gələcəyə olan istəklərini yenidən nəzərdən keçirməyə çağırıb.

"İran müasir tarixində heç vaxt təcavüz, genişlənmə, müstəmləkəçilik və ya hökmranlıq yolunu seçməyib və heç vaxt bir müharibəyə başlamayıb", – deyə məktubda vurğulanıb.

İran Prezidenti bildirib ki, rəqabətli hekayələr və dərin geosiyasi gərginliklərlə formalaşan dünyada İran və ABŞ arasındakı münasibətlər ən çox səhv başa düşülən münasibətlərdən biri olaraq qalır.


Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 507 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 507 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 507 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 507 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 507 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 507 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 507 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 507 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 507 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 507 baxış
Seçilmişlər
icon