Pleyeri seçin:

İran xaricdə dondurulmuş aktivlərin yarısının dərhal qaytarılmasını tələb edir

05 iyun 2026 360 baxış

“İran ABŞ ilə mümkün razılaşmanın imzalanmasından sonra xaricdə dondurulmuş aktivlərinin azı 50 faizinin dərhal ölkəyə qaytarılmasını tələb edir”.

İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bu barədə “Mehr” agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, İranın maraqlarına cavab verən əsas məsələlərdən biri ölkəyə məxsus maliyyə vəsaitlərinin dondurulmuş vəziyyətdən çıxarılmasıdır. Hazırda həmin vəsaitlərin hansı hissəsinin dərhal, hansı hissəsinin isə sonrakı mərhələdə qaytarılacağı müzakirə olunur.

Diplomat vurğulayıb ki, Tehranın minimum tələbi qarşılıqlı anlaşma memorandumunun imzalanmasından dərhal sonra bu vəsaitlərin 50 faizinin İrana verilməsidir.

İran rəsmisi dondurulmuş aktivlərin qaytarılmasının iki ölkə arasında etimadın formalaşması baxımından mühüm əhəmiyyət daşıdığını hesab edir.

O əlavə edib ki, Tehran bu məsələni ABŞ ilə aparılan danışıqlarda prioritet mövzulardan biri kimi gündəmdə saxlayır.

Kazem Qəribabadi həmçinin bildirib ki, Tehran Hörmüz boğazından tranzit üçün ödəniş almaq niyyətində deyil. O, yalnız gəmilərə göstərəcəyi xidmətlər üçün ödəniş tələb edir.

Söhbət naviqasiya təminatı, axtarış-xilasetmə əməliyyatları, gəmiçilik təhlükəsizliyi sahəsində xidmətlər, eləcə də ətraf mühitə dəyən ziyanın aradan qaldırılması kimi fəaliyyətlərdən gedir.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 360 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 360 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 360 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 360 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 360 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 360 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 360 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 360 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 360 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 360 baxış
Seçilmişlər
icon