İran Xəzər Konvensiyasını 2026-cı ilə qədər ratifikasiya edə bilər
Yeniliklərdən dərhal xəbərdar olun
"Rusiya ümid edir ki, İran Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı 2026-cı ilin avqustunda Tehranda keçiriləcək Xəzəryanı dövlətlərin sammitinə qədər ratifikasiya edəcək".
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Rusiya Xarici İşlər Nazirliyi rəhbəri xatırladıb ki, "Xəzər beşliyi" ölkələrinin hamısı dənizin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib.
"Növbədə yalnız İran İslam Respublikasıdır. Dünyada və Avrasiyanın bu hissəsində hadisələrin sürətli və gərgin inkişafını nəzərə alaraq, Xəzəryanı olmayan ölkələrin region işlərinə qarışmaması prinsipini qəti şəkildə təsbit etmək vacibdir. Buna görə də biz Tehranın bu konvensiyanı ratifikasiya etməsinə böyük ümid bəsləyirik", – deyə S.Lavrov vurğulayıb.
O həmçinin diqqətə çatdırıb ki, İran 2026-cı ilin avqustunda Tehranda Xəzəryanı dövlətlərin növbəti sammitini keçirmək təşəbbüsü ilə çıxış edib:
"Ümid edirəm ki, həmin tədbirə qədər konvensiya artıq beynəlxalq-hüquqi və praktiki müstəvidə tam şəkildə fəaliyyət göstərəcək".
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
