Pleyeri seçin:

İran yaxın müttəfiqini itirdi | Əvvəlcə "Hizbullah", ardınca Əsəd

10 dekabr 2024 307 baxış

Son bir neçə ayda baş verən proseslər İran daxilində ciddi çaxnaşmaya səbəb olub.

Çünki bölgədə baş verən hadisələr İranın mövqelərinə ciddi zərbədir və Tehran vəziyyəti öz xeyrinə dəyişə bilmir. Vaxtilə Qüds qüvvələrinin komandanı Qasım Süleymani tərəfindən inşa edilmiş düzən artıq demək olar ki, iflas edib.

İranın bölgədə əsas işini Suriyadakı Bəşər Əsəd rejimi və “Hizbullah” görürdü. Regiondakı ən böyük proksi-qüvvəsi olan “Hizbullah” vasitəsilə İsrailə zərbələr endirirdi, Suriyadan isə “Hizbullah”a silah daşımaq üçün tranzit kimi istifadə edirdi.

Ata və oğul Əsədin hakimiyyəti dövründə Suriya İranın bölgədəki əsas istinadgahına çevrilmişdi. Yeni yaranan hakimiyyət buna imkan verməyəcək. Çünki 13 illik vətəndaş müharibəsi dövründə Bəşər Əsədə ən çox dəstək verən məhz İran olub. Həmçinin nəzərə alaq ki, B.Əsədi devirən “Heyət Təhrir əş-Şam”ın da ən böyük rəqibi “Hizbullah”dır. İki qrupun arasında olan ideoloji fərqlilik onların bir-birinə qarşı düşmənçiliyinin daha da dərinləşməsinə səbəb olub.

Yeni yaranacaq hökumətə bu qrupun lideri Əbu Məhəmməd əl-Colaninin rəhbərlik etmək şansı böyükdür. Onun İran əleyhinə verdiyi açıqlamalar, İsrail və Qərblə münasibətləri normallaşdırmaq üçün səy göstərməsi Tehran üçün yaxşı heç nə vəd etmir. “Hizbullah” lideri Həsən Nəsrullahın öldürülməsi, ardınca bu təşkilatın yüksəkrütbəli komandir heyətinin məhv edilməsi İrana əlavə problemlər gətirib.

Tehran “Hizbullah”ı ayaqda saxlamaq üçün xeyli maliyyə xərcləməlidir ki, bu da ölkədə ciddi narazılıq yaradır. SEPAH və İranın mühafizəkar dairələri bu fikri ciddi şəkildə müdafiə edirlər. Ancaq Prezident Məsud Pezeşkian başda olmaqla islahatçı qanad fərqli düşünür. Onlar İranın savaşdan qaçaraq Qərblə münasibətləri normallaşdırması və bu yolla həm ölkənin neft bazarına daxil olması, həm də ağır sanksiyalardan qurtulmasına çalışırlar.

Suriyada Bəşər Əsəd rejiminin çökməsi və İranla “Hizbullah” arasında quru sərhədinin yoxa çıxması M.Pezeşkiana imkan verəcək ki, “Hizbullah”a ayrılacaq vəsaiti ölkə daxilində istifadə etsin. Tehranın devrilmiş Bəşər Əsəd və ailəsinə qucaq açmamasının əsas səbəbi də məhz budur.

Məsud Pezeşkian heç bir halda ölkəsinin Qərblə qarşı-qarşıya gəlməsini istəmir. Görünür, ali lider Ayətullah Əli Xamenei də onun bu siyasətini müdafiə edir.

Əbu-Dabidə üçtərəfli görüş keçirilə bilər

Əbu-Dabidə üçtərəfli görüş keçirilə bilər

Dünya
25 sentyabr 2026 307 baxış
ABŞ-nin Əbu-Dabidə təklif etdiyi üçtərəfli texniki görüş nə vaxt keçirilə bilər? - Baku TV CANLI

ABŞ-nin Əbu-Dabidə təklif etdiyi üçtərəfli texniki görüş nə vaxt keçirilə bilər? - Baku TV CANLI

Dünya
25 sentyabr 2026 307 baxış
Artım avropalı sürücülərə gündəlik 203 milyon avroya başa gəlir

Artım avropalı sürücülərə gündəlik 203 milyon avroya başa gəlir

Dünya
25 sentyabr 2026 307 baxış
Çinin peyk görüntüləri ilə bağlı iddialara Pezeşkian nə cavab verdi? - Baku TV CANLI

Çinin peyk görüntüləri ilə bağlı iddialara Pezeşkian nə cavab verdi? - Baku TV CANLI

Dünya
25 sentyabr 2026 307 baxış
Vaşinqton və Tehran mərhələli razılaşma variantını nəzərdən keçirir

Vaşinqton və Tehran mərhələli razılaşma variantını nəzərdən keçirir

Dünya
25 sentyabr 2026 307 baxış
NATO ölkələri Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edir - Baku TV

NATO ölkələri Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edir - Baku TV

Dünya
25 sentyabr 2026 307 baxış
6100 dollarlıq Həcc paketi bahalaşacaq? | Bu stansiyalar 01:00-a qədər açıq olacaq - YENİ BİR SƏHƏR

6100 dollarlıq Həcc paketi bahalaşacaq? | Bu stansiyalar 01:00-a qədər açıq olacaq - YENİ BİR SƏHƏR

Dünya
25 sentyabr 2026 307 baxış
Ermənistan Qərbə yönəldiyi vaxtda İranla maraqlarını necə balanslaşdıracaq? - Baku TV

Ermənistan Qərbə yönəldiyi vaxtda İranla maraqlarını necə balanslaşdıracaq? - Baku TV

Dünya
25 sentyabr 2026 307 baxış
Rusiyanın mühasirəyə almağa çalışdığı bölgədə nələr baş verir? - Baku TV

Rusiyanın mühasirəyə almağa çalışdığı bölgədə nələr baş verir? - Baku TV

Dünya
25 sentyabr 2026 307 baxış
Vaşinqton Avropadakı müharibəni bitirə biləcəkmi? | Zelenski ABŞ-də nələrdən danışdı? - Baku TV

Vaşinqton Avropadakı müharibəni bitirə biləcəkmi? | Zelenski ABŞ-də nələrdən danışdı? - Baku TV

Dünya
25 sentyabr 2026 307 baxış
Seçilmişlər
icon