İrana 10 gün vaxt verildi | Trampın son açıqlaması gündəmi silkələdi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Ağ Ev lideri Donald Tramp hesab edir ki, ABŞ İranla qarşıdurmada artıq tam qələbə qazanıb.
Tramp bu barədə "Fox News" telekanalının canlı yayımında bildirib.
"Biz artıq qələbə qazanmışıq. Hərbi baxımdan bu müharibədə tamamilə qalib gəlmişik", – deyə Vaşinqton administrasiyasının rəhbəri ABŞ-İsrail birgə əməliyyatından danışarkən qeyd edib.
Bundan əlavə, telefon bağlantısı ilə canli yayıma qoşulan Amerika lideri İranın enerji sektoru obyektlərinə zərbələrin endirilməsinin 10 gün müddətinə dayandırılması barədə qərarını bir daha təsdiqləyib.
"Onlar maraqlandılar: "Bu, Buşehrdəki elektrik stansiyasına da şamil edilirmi? Axı məlum olduğu kimi, onların atom elektrik stansiyası var", – deyə Tramp təfərrüatları açıqlamadan bildirib.
Bununla yanaşı, Prezident əlavə edib ki, İran tərəfi guya "yeddi gün istəyib", o isə "İrana 10 gün verməyə" razılaşıb.
Qeyd edək ki, Donald Tramp "Truth Social" hesabında İranın enerji obyektlərinə zərbələrin daha 10 gün müddətinə dayandırılması barədə göstəriş verdiyini yazıb.
"İran hökumətinin xahişi ilə enerji obyektlərinin məhv edilməsi mərhələsini 10 gün müddətinə – bazar ertəsi, 6 aprel 2026-cı il, Şərq vaxtı ilə saat 20:00-a qədər dayandırıram. Danışıqlar davam edir və yalançı media və digərləri tərəfindən iddia edilən fikirlərə baxmayaraq, danışıqlar çox yaxşı gedir", – deyə Tramp qeyd edib.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
