Pleyeri seçin:

İrana bitməyən hava hücumları | Pentaqon 200 milyard dollar tələb edib

21 mart 2026 415 baxış

ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyat hazırkı mərhələdə 2003-cü ildə İraqa müdaxilənin ilkin mərhələsindən daha baha başa gəlir.

Bu barədə "Newsweek" nəşri məlumat yayıb.

Məlumata görə, Pentaqon Konqresdən "Epik əzab" kod adlı əməliyyatın davam etdirilməsi üçün 200 milyard dollar vəsait tələb edib. Bu məbləğ Corc Buş administrasiyasının 2003-cü ilin martında İraq müharibəsinə başlamaq üçün tələb etdiyi 74,7 milyard dollardan xeyli çoxdur.

Müqayisə üçün qeyd olunur ki, həmin dövrün vəsaiti inflyasiya nəzərə alınmaqla bu gün təxminən 133 milyard dollara bərabər olardı.

Bildirilir ki, ABŞ əməliyyatın ilk üç həftəsi ərzində İran ərazisində yeddi minə yaxın hədəfə zərbə endirib. İlkin mərhələdə əsasən bahalı döyüş sursatlarından, xüsusilə də bir ədədinin qiyməti təxminən 3,5 milyon dollar olan "Tomahawk" qanadlı raketlərindən istifadə olunub.

Daha sonrakı mərhələdə isə hərbçilər daha ucuz döyüş sursatlarına – 100 min dollardan az dəyəri olan JDAM tipli idarəolunan aviabombalara, eləcə də kasetli və idarəolunmayan bombalara üstünlük verməyə başlayıblar.

Kopyalandı
Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 415 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 415 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 415 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 415 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 415 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 415 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 415 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 415 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 415 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 415 baxış
Seçilmişlər
icon