İrana qarşı hərbi əməliyyat ABŞ-yə neçəyə başa gəlib? | Rəqəmlər açıqlandı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin İrana qarşı hərbi əməliyyat keçirmək üçün xərcləri hazırkı vaxta qədər təxminən 37,5 milyard dollar təşkil edir.
Bu barədə Pentaqonun rəhbəri Pit Heqset bildirib. "Hazırkı vaxta qədər xərclər 37,5 milyard dollar olaraq qiymətləndirilir", – deyə o qeyd edib.
Heqset əlavə edib ki, bu məbləğə əməliyyatın keçirilməsi üçün bütün xərclər, eləcə də sentyabrın 30-dək olan dövr üçün hərbi qulluqçulara ödənişlər daxildir.
Daha əvvəl "NBC News" telekanalı mənbələrə istinadən xəbər verib ki, ABŞ İrana qarşı əməliyyatın keçirilməsinə ümumilikdə 80 milyard dollardan 100 milyard dollara qədər vəsait xərcləyə bilər.
Bu arada, "Fars" agentliyinin verdiyi məlumata görə, İran ABŞ-nin İsraildəki 24 yanacaqdolduran təyyarəsini məhv edə bilər.
Xatırladılıb ki, İranın regiondakı ABŞ bazalarına endirdiyi hava zərbələri bu ölkənin hərbi infrastrukturunun İsrailə köçürülməsinə səbəb olub.
"ABŞ-nin 1,5 milyard dollar dəyərində yanacaqdolduran təyyarələri İran Ordusunun əlçatanlıq zonasındadır. Peyk görüntüləri göstərir ki, Amerikanın ən azı 24 yanacaqdolduran təyyarəsi İsrailin Eylat şəhərindəki Ramon aerodromundadır. 12 və 40 günlük müharibələr ərzində İran Eylat regionunu dəfələrlə atəşə tutub", – deyə məlumatda bildirilib.
Qeyd olunub ki, hər bir yanacaqdolduran təyyarəsinin dəyəri 65 milyon dollardır.
#ABŞ-İran müharibəsi teqi istifadə olunub
- Vaşinqton və Tehran xəbərdarlıqlarını sərtləşdirir | Yaxın Şərqdə nələr olacaq? - Baku TV CANLI
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İran boğazdakı qeyri-sabitliyə görə ABŞ-ni məsuliyyətli sayır - Baku TV CANLI
- Xamenei ilə Qalibafın görüşündə ABŞ-nin İrana münasibəti gündəmin əsas mövzusu olub
- Tehran və İslamabad arasındakı təmaslar ABŞ-İran məsələsi fonunda gündəmə çıxıb
