İrana zərbələrlə bağlı Trampın açıqlamasında seçki detalı diqqət çəkdi
"ABŞ noyabrın 3-də keçiriləcək aralıq seçkilərə qədər İrana zərbələr endirməyəcək".
Bunu ABŞ Prezidenti Donald Tramp deyib.
"ABŞ hərbçiləri noyabrın 3-də ABŞ-dəki aralıq seçkilərə qədər İrana zərbələr endirməyəcək. Hücum fasiləsinə baxmayaraq, İran limanları blokadada saxlanılacaq. Hörmüz boğazından rekord həcmdə neft daşınır. Təkcə ötən gecə boğazdan 22 milyon barel neft keçib və bu neftin heç bir hissəsi İrandan ixrac edilməyib və ya İrana göndərilməyib", – deyə Tramp bildirib.
ABŞ dövlət katibi Marko Rubio səfərdə olduğu Portuqaliyada mətbuat konfransında bildirib ki, neft gəlirlərinin dayandırılması səbəbindən İran qarşıdakı həftələrdə görünməmiş iqtisadi böhranla üzləşə bilər.
Onun sözlərinə görə, Tehran sonda mövcud vəziyyəti qorumaqla inqilab arasında seçim etməli olacaq.
"ABŞ-nin İrana qarşı hərəkətlərinin əsas məqsədi dəyişməz olaraq qalır. Həmin ölkənin nüvə silahına sahib olmasının qarşısını almaq. İran heç vaxt nüvə silahına sahib ola bilməz. Bu, əvvəldən aydın olub", – deyə Dövlət Departamentinin rəhbəri bildirib.
#ABŞ-İran müharibəsi teqi istifadə olunub
- Vaşinqton 17 tanker və 20-yə yaxın şirkəti hədəfə alıb
- İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlar bərpa edilir? - Baku TV CANLI
- Hörmüz boğazında gərginlik pik həddə çatıb
- İranla baş verən gərginlik ABŞ-ni çıxılmaz vəziyyətdə qoyub? - Baku TV CANLI
- Donald Trampdan İran və Ukrayna ilə bağlı açıqlama
