İranda dollar niyə kəskin bahalaşdı? - Xalqı çətin duruma salan gedişatın səbəbi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ sanksiyalarından sonra İranda dolların sərbəst bazardakı satış məzənnəsi ən yüksək səviyyəyə qalxaraq 284 min tümənə çatıb. Bununla da tümən sərbəst bazarda dollar qarşısında tarixi minimum səviyyəsinə enib.
Milli valyutanın belə kəskin dəyər itirməsi ABŞ-nin ağır sanksiyaları ilə mübarizə aparan İranda inflyasiyanın daha da yüksək səviyyədə olduğu dövrə təsadüf edib.
"Dolların məzənnəsi ötən ilin 3 martından bəri xeyli dəyişib. Dəyişiklik yüksəliş istiqamətində olub. Düşünürəm ki, əsas səbəb əvvəlcə İrana qarşı müharibə, ardınca isə iqtisadi blokadanın tətbiq edilməsi olub. Son zamanlar siyasi və təhlükəsizlik sahəsindəki dəyişikliklər də məzənnəyə təsir edir", – deyə valyuta mübadilə mərkəzinin sahibi Hüşyari bildirib.
Yeri gəlmişkən, ABŞ-nin yeni sanksiyaları valyuta bazarına təzyiqi artırıb. ABŞ Maliyyə Nazirliyi noyabrın 23-də İranın xarici valyutaya çıxışına və beynəlxalq ödənişlərinə kömək etdiyi bildirilən maliyyə şəbəkəsinə qarşı yeni sanksiyalar tətbiq edib. Məhdudiyyətlərə valyuta mübadiləsi şirkətləri, müəssisələr və fiziki şəxslər daxil edilib.
Dollarla bağlı vəziyyət sosial təsirlər də yaradır. Məzənnənin yüksəlməsi və qiymət artımları İran əhalisinin alıcılıq qabiliyyətinə təzyiqi artırır.
Ölkənin Statistika Mərkəzinin məlumatına görə, İranda illik inflyasiya 61,4 faizə çatdığı halda, ərzaq məhsullarının qiymətində bu rəqəm 128,1 faiz civarındadır. Son 12 ayın orta inflyasiyası 76,8 faizə, ərzaq, içki və tütün məhsullarının qiymət artımı isə 113,4 faizə çatıb.
#İran teqi istifadə olunub
- İrandan Vaşinqtona xəbərdarlıq mesajı | Yeni qarşıdurma qapıdadır? - Baku TV CANLI
- Tehrandan İsrailin müharibə niyyəti barədə iddia | ABŞ Ukraynaya qoşun göndərir? - YENİ BİR SƏHƏR
- İranda milli valyutanın kəskin ucuzlaşması ölkə iqtisadiyyatını hara aparacaq? - Baku TV CANLI
- 50-yə yaxın kiberhücum dəniz nəqliyyatını hədəfə alıb
- İran TRIPP-ə qarşı çıxdı, Moskva bu mübarizədə hansı mövqeyi tutacaq? - AKTUAL GÜNDƏM
