Putindən Rusiya bazarında benzin qiymətlərinin sabitləşməsi barədə açıqlama gəldi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Oktyabr ayında ən yüksək həddə çatan benzinin qiymətləri Rusiyanın əksər regionlarında sabitləşib.
Bunu Rusiya Prezidenti Vladimir Putin Yanacaq-Energetika Kompleksi üzrə Komissiyanın iclasında bildirib.
"Oktyabrın əvvəlindəki pik qiymətlərdən sonra ölkənin əksər regionlarında benzinin qiyməti ümumilikdə sabitləşib", – deyə Putin qeyd edib.
Vladimir Putin əlavə edib ki, Rusiya enerji resurslarının xarici bazarlara tədarükünün məhdudlaşdırılması cəhdləri ilk növbədə avropalıların özləri üçün ciddi nəticələrə səbəb olacaq.
"Rusiya enerji daşıyıcılarının Avropaya ixracını məhdudlaşdırmaq cəhdləri davam edir və bu addımların nəticələri artıq açıq şəkildə görünür. Onlarda bizim neft və qazımız daha az, problemlər isə daha çox olacaq", – deyə Putin əlavə edib.
#Vladimir Putin teqi istifadə olunub
- Rusiyaya sərt xəbərdarlıq | Almaniya Putinə hansı şərti qoydu? - Baku TV
- Tramp, Putin və Si bir masada: Ukrayna üzrə razılaşma əldə olundumu? - Baku TV
- 150 milyon dolları ötən ticarət: Azərbaycan–Vyetnam əməkdaşlığının 4 istiqaməti - YEKUNLAŞDIRAQ
- Tramp: "Sülh sazişinə Zelenski ilə Putin arasındakı şəxsi düşmənçilik mane olur"
- Putin Şençjen görüşündən sonra Avropa İttifaqına hansı mesajları verdi? - Baku TV
