İsrail müdafiə naziri İranın kimyəvi silah hazırlaması ilə bağlı xəbərdarlıq etdi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin müdafiə naziri İsrael Katz İranın kimyəvi silah hazırladığını və bu barədə həm İsrailin, həm də ABŞ-nin məlumatlı olduğunu bildirib.
O bu barədə Təl-Əvivdə keçirdiyi xüsusi mətbuat brifinqində danışıb.
İsrael Katzın sözlərinə görə, İsrail və ABŞ qüvvələri İrana mümkün hücum ehtimalına qarşı hazırlıq görür.
O bildirib ki, hücumla bağlı yekun qərarı ABŞ Prezidenti Donald Tramp verəcək.
Nazir onu da qeyd edib ki, İsrail-İran müharibəsi baş verəcəyi təqdirdə “Hizbullah”ın bu hərbi əməliyyatlara qoşulmayacağı ehtimal edilir.
İsrael Katz həmçinin ABŞ ərazisində İranla əlaqəli hüceyrələrin fəaliyyət göstərdiyini və onların Tramp da daxil olmaqla, yüksək vəzifəli şəxsləri hədəfə almağa çalışdığını iddia edib.
İsrailin müdafiə naziri əlavə edib ki, İsrail Ordusu ilə ABŞ Mərkəzi Komandanlığının İrana birgə hücum planları hazırdır və əməliyyatın başlanması ilə bağlı qərar Donald Trampdan asılıdır.
#Kimyəvi silah teqi istifadə olunub
