Kimyəvi silah iddiası İran–ABŞ gərginliyini yenidən alovlandıracaq? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
“Silahlı qüvvələrin yüksəkrütbəli komandirlərinə verilən göstərişlərə uyğun olaraq, biz artıq elə bir hazırlıq səviyyəsinə çatmışıq ki, düşmən yenidən səhvə yol versə və əvvəllər etdiklərini təkrarlasa, çətin vəziyyətə düşəcək. Baş komandanın göstərişi ilə bütün təlimatlar artıq əməliyyat planlarına çevrilib. Hazırlıqlar tamamlanıb. Düşmənə və onun tərəfdaşlarına heç bir coğrafi məhdudiyyət olmadan daha güclü və sərt şəkildə cavab verəcəyik”.
Bunu İran Ordusunun Baş Komandanı Əmir Hatəmi deyib.
Bu açıqlamalar fonunda CNN məlumat yaymışdı ki, İran Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp Administrasiyasının yüksəkvəzifəli nümayəndələrinə kimyəvi silah və ya çirkli bomba vasitəsilə hücum etməyi planlaşdırır.
İran Ordusunun Baş Komandanının heç bir coğrafi məhdudiyyət olmadan daha güclü və sərt şəkildə cavab verəcəkləri barədə ifadəsi şübhələri daha da artırıb.
Üstəlik, “The New York Times” qəzeti də iddia edib ki, İsrail İranın rəqiblərinə qarşı kimyəvi silahdan istifadə etmək ehtimalı ilə bağlı ABŞ-yə kəşfiyyat məlumatları təqdim edib.
Bu məsələlərlə bağlı İranın diplomatik dairələri də açıqlama verməli olub.
İran xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi İranın kimyəvi silahların ən böyük qurbanlarından biri olduğunu vurğulayıb. O qeyd edib ki, ölkəsinin Vaşinqtona qarşı kimyəvi silahdan istifadə etməyi planlaşdırdığı barədə CNN-in iddiası yalan və tarixin təhrif olunmasıdır.
Nazir müavininin sözlərinə görə, kimyəvi silahlardan istifadə təbliğat müharibəsinin mövzusuna çevrilməməlidir. O, CNN-in guya çirkli bomba ilə bağlı yaydığı uydurma məlumatların gələcəkdə təcavüz və müharibə cinayətləri üçün bəhanələr yaratmaq məqsədilə hazırlanmış dezinformasiya kampaniyasının bir hissəsi olduğunu bildirib. İran bu əsassız iddiaları qəti şəkildə rədd edir.
İranın BMT-dəki daimi nümayəndəliyi həmçinin “The New York Times” qəzetində yer alan, İranın su bəndlərini və mülki su infrastrukturunu hədəfə alacağı barədə iddiaları da təkzib edib.
Lakin bu açıqlamalarla kifayətlənməyən İranın xarici işlər naziri Abbas Əraqçi də Vaşinqtonda kimyəvi silahdan istifadə etməklə hücum planlaşdırılması ilə bağlı yayılan məlumatları təkzib edib.
Nazir sosial şəbəkə hesabında paylaşım edərək bu iddiaları “cəfəngiyyat” adlandırıb:
“Son 72 saat ərzində İsrailə yaxın media orqanları İranın guya Vaşinqtonda kimyəvi silahdan istifadə etməyi planlaşdırdığı barədə məlumatlar yayıb. Bunların hamısı cəfəngiyyatdır”.
#İran Ordusu teqi istifadə olunub
- Tehran vasitəçilərlə görüş öncəsi Amerika hərbi obyektini hədəf aldı
- Hörmüzdə Omanın naviqasiya sistemlərinə hücum edilib
- Tehran Vaşinqtona Hörmüz boğazı ilə bağlı yeni təklif göndərdi
- Sərhədlərə 50-dən çox hərbi bölmə yerləşdirən Tehran hansı məqsədi güdür? - Baku TV
- Son hərbi qarşıdurmadan sonra İranın müdafiə strategiyasında nə dəyişib? - Baku TV CANLI
