Pleyeri seçin:

Krım körpüsü niyə məhz Putin, Tramp və Si Cinpinin görüşü ərəfəsində vuruldu? - Baku TV

18 noyabr 2026 33 baxış

Ukraynanın Krım körpüsünə 2 gün ərzində fasilələrlə endirdiyi zərbələrdən sonra körpünün avtomobil yolu hissəsində tağın və onun altındakı aşırımın çökdüyü bildirilir.

Monitorinq mənbələrinin məlumatına görə, dağılan konstruksiyaların qalıqları Kerç boğazındakı gəmiçilik kanalını da bağlayıb. Nəticədə, gəmilərin hərəkəti məhdudlaşdırılıb. Avtomobil yolu hissəsi yararsız hala düşüb. Körpünün dəmir yolu hissəsi də zədələnib.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ordunun Krım körpüsünə zərbəsi bir neçə həftə ərzində hazırlanan xüsusi əməliyyatın yeddinci mərhələsində həyata keçirilib. Onun sözlərinə görə, əməliyyat Ukrayna Təhlükəsizlik Xidməti və Silahlı Qüvvələrin Baş Qərargahı tərəfindən hazırlanıb və əlaqələndirilib. Krım körpüsünə zərbə əməliyyatında 11 növ raket, pilotsuz uçuş aparatı və digər hücum vasitələrindən istifadə olunub.

Rusiya tərəfindən reaksiyalara gəldikdə isə Krımın Rusiya tərəfindən təyin edilmiş rəhbəri Sergey Aksyonov hücumdan sonra avtomobillərin hərəkətinin məhdudlaşdırıldığını təsdiq edib. Rusiya Baş nazirinin müavini Marat Xusnullin 16 və 17 noyabr tarixlərində Ukraynanın hücumundan sonra Krım körpüsü ətrafında vəziyyət barədə Prezident Vladimir Putinə məruzə edib. Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Krım körpüsü bərpa ediləcək və əvvəlkindən də yaxşı olacaq.

Məsələnin ən əhəmiyyətli tərəfi odur ki, Krım körpüsünə hücum Vladimir Putin, Si Cinpin və Donald Tramp arasında gözlənilən üçtərəfli görüşə saatlar qalmış həyata keçirilib. Bu baxımdan Kremlin rəsmi nümayəndəsi Dmitri Peskovun sözlərinə görə, Kiyevin son hücumlarının Putin, Tramp və Si Cinpin arasında Şençjendə keçirilən görüşlə əlaqəli olduğunu istisna etmək olmaz. Kremlin sözçüsü əlavə edib ki, bu hadisə Rusiya, ABŞ və Çin liderləri arasında danışıqların gündəliyini dəyişməyəcək. 

Banner
ABŞ İran ərazisində raket buraxılış məntəqəsini hədəfə alıb - Baku TV CANLI

ABŞ İran ərazisində raket buraxılış məntəqəsini hədəfə alıb - Baku TV CANLI

Dünya
18 noyabr 2026 33 baxış
Ukraynanın mülki infrastrukturuna qarşı hücumlar davam edir - Baku TV CANLI

Ukraynanın mülki infrastrukturuna qarşı hücumlar davam edir - Baku TV CANLI

Dünya
18 noyabr 2026 33 baxış
Bu şəhərdə tələbələr kirayəni belə ödəyir | “Oktoberfest”də ofisiantlar nə qədər qazanır?

Bu şəhərdə tələbələr kirayəni belə ödəyir | “Oktoberfest”də ofisiantlar nə qədər qazanır?

Dünya
18 noyabr 2026 33 baxış
Türkiyə xarici investorlar üçün yaşama icazəsi qaydalarını dəyişib - ƏSAS XƏBƏR

Türkiyə xarici investorlar üçün yaşama icazəsi qaydalarını dəyişib - ƏSAS XƏBƏR

Dünya
18 noyabr 2026 33 baxış
Pekin diplomatiyası: Putin və Si görüşü, ardınca üçlü format

Pekin diplomatiyası: Putin və Si görüşü, ardınca üçlü format

Dünya
18 noyabr 2026 33 baxış
Üçlü görüş ərəfəsində ABŞ-Çin texnoloji savaşı qızışır?

Üçlü görüş ərəfəsində ABŞ-Çin texnoloji savaşı qızışır?

Dünya
18 noyabr 2026 33 baxış
Tramp, Putin və Si Cinpin dünyadakı gərginliyi azalda biləcək? - Baku TV CANLI

Tramp, Putin və Si Cinpin dünyadakı gərginliyi azalda biləcək? - Baku TV CANLI

Dünya
18 noyabr 2026 33 baxış
Putin, Si və Tramp görüşü | Şençjendə tarixi razılıq, yoxsa fikir ayrılığı gözlənilir? - Baku TV

Putin, Si və Tramp görüşü | Şençjendə tarixi razılıq, yoxsa fikir ayrılığı gözlənilir? - Baku TV

Dünya
18 noyabr 2026 33 baxış
Körpüyə hücum Rusiyanın nəqliyyat əlaqəsinə necə təsir edəcək? - Baku TV CANLI

Körpüyə hücum Rusiyanın nəqliyyat əlaqəsinə necə təsir edəcək? - Baku TV CANLI

Dünya
18 noyabr 2026 33 baxış
ABŞ Çinin Amerika çiplərinə çıxışını necə məhdudlaşdırmaq istəyir? - Baku TV CANLI

ABŞ Çinin Amerika çiplərinə çıxışını necə məhdudlaşdırmaq istəyir? - Baku TV CANLI

Dünya
18 noyabr 2026 33 baxış
Seçilmişlər
icon