Kiyevdə ciddi enerji böhranı: "Özümüzə isti çay belə hazırlaya bilmirik" - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın əksər bölgələrinə, xüsusilə də ölkənin paytaxtı Kiyevə endirilən ardıcıl hava zərbələri nəticəsində ciddi kommunal böhran yaşanır.
Belə ki, hava zərbələri nəticəsində infrastrukturun əsas hissəsinin sıradan çıxması paytaxtın əksər rayonlarında elektrik enerjisinin verilişində saatlarla fasilələrə səbəb olub. Bir çox rayonda istilik təchizatı hələ də bərpa edilməyib. Eyni zamanda içməli su təchizatında ciddi problemlər yaranıb. Hətta hökumətin bir sıra üzvləri paytaxt sakinlərinə qarşıdakı aylar üçün ciddi su ehtiyatı toplamağı tövsiyə edirlər.
Təkcə Ukraynanın paytaxtı Kiyevdə altı istilik enerji sistemindən dördü sıradan çıxarılıb. İçməli su anbarlarının bəziləri dağıdılıb, bəzilərinin isə bərpası mümkün deyil. Ciddi enerji böhranı ilə üzləşən Kiyevlə yanaşı, Xarkov, Sumı, Çerniqov, Dnepropetrovsk, Xerson, Nikolayev və Odessa vilayətlərində də vəziyyət kritik həddə çatıb.
Çerkassı sakini Sergey Kroxin mövcud vəziyyətlə bağlı Baku TV-yə danışıb.
“Bizim problemimiz ondadır ki, hava zərbələri səbəbindən elektrik enerjisini 13-14 saat müddətinə kəsirlər. Buna görə də çıxış yolu tapmaq üçün qaz generatoru almağa məcbur olduq. Əlbəttə, biz atəşkəs olmasını istərdik, amma onların yox, Ukraynanın şərtləri ilə”, – deyə o bildirib.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Tramp Ukrayna müharibəsinə son qoymağa yaxın olduqlarını bildirib
- Krım körpüsünə ard-arda iki zərbə | Cəbhə boyu qarşılıqlı zərbələr kəskinləşir - Baku TV CANLI
- Uşakov Avropanın iştirakı məsələsinin hələ razılaşdırılmadığını bildirib
- Bir qurğu ABŞ-də uçuşları necə dayandırdı? | İƏT Nazirlər Şurasının 30-cu iclası - YENİ BİR SƏHƏR
- Ukraynada nüvə təhlükəsi
