Uşakov Avropanın iştirakı məsələsinin hələ razılaşdırılmadığını bildirib
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa nümayəndələrinin Ukrayna üzrə danışıqlarda iştirakı məsələsini yalnız onlar Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı öz istək və təklifləri barədə aydın şəkildə bildirdikdən sonra qaldırmaq mümkün olacaq.
Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
"Avropalıların konkret olaraq nə istədikləri və Ukraynada nizamlanma prosesinin uğurla nəticələnməsi üçün hansı konstruktiv və məzmunlu təkliflər verə biləcəkləri barədə dəqiq siqnallar aldıqdan sonra yəqin ki, onların danışıqlarda iştirakı məsələsi gündəmə gələcək", – deyə Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, Ukraynadakı vəziyyətlə bağlı üçtərəfli danışıqlar formatının genişləndirilməsi Moskva ilə razılaşdırılmayıb.
Y.Uşakov qeyd edib ki, növbəti raundda Rusiya, Ukrayna və ABŞ-nin iştirakı planlaşdırılır.
"Bilirsiniz ki, hazırda söhbət üçtərəfli formatda növbəti raundun keçirilməsindən gedir. Bu danışıqlar bir neçə gün əvvəl Əbu-Dabidə bərpa olunub və onların davam etdirilməsi barədə razılıq əldə edilib, lakin tarix hələ razılaşdırılmayıb", – deyə diplomat bildirib.
#Avropa İttifaqı teqi istifadə olunub
- Avropa İttifaqının Cənubi Qafqaz planı | Azərbaycan əsas marşruta çevrilir? - Baku TV
- Aİ yalnız öz istehsalını maliyyələşdirir | Ukrayna üçün yeni silah şərtləri - Baku TV CANLI
- İrəvandan xarici siyasət bəyanatı | Qərbə inteqrasiya hansı mərhələdədir? - Baku TV CANLI
- Hərbi təhlükəsizlikdə gərgin anlar | Paşinyan Moskvadan niyə aralanır? - Baku TV
- Berlin Ukraynaya maliyyə dəstəyi üçün vahid öhdəlik tələb edir
