Putin nə vaxt geri çəkiləcək? | Zelenski müharibənin taleyini həll edəcək şərti açıqladı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Danimarkadan ilin sonuna qədər 1 milyard avroya qədər vəsait həcmində hərbi yardım alacaq.
Baku TV-nin Şərqi Avropa bürosu bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 13-də Kiyevdə bir qrup jurnalistlə qapalı görüşündə bildirib.
“Danimarkadan 645 milyon avro məbləğində güclü dəstək paketi var. Ona bir çox müxtəlif şeylər daxildir. O cümlədən reaktiv “Şahid” dronlarını vurmaq üçün lazım olan “F-16”lar üçün 20 mm-lik sursat. Dronların istehsalı üçün təxminən 200 milyon avro və birgə istehsal üçün ayrıca vəsait nəzərdə tutulub.
Həmçinin bizə lazım olan “F-16”lar üçün böyük həcmdə mərmi tədarükünü müzakirə edirik. Bunun miqdarı 800 mindir. Bu, yarım il üçün nəzərdə tutulub. Danimarkadakı görüş zamanı razılaşdıq ki, onlar bu məsələni həll edəcəklər. Buna görə onlara çox minnətdaram”, – deyə Zelenski vurğulayıb.
Ukrayna Prezidenti həmçinin bildirib ki, “Ramştayn” görüşünə hazırlaşır və orada əsas mövzu Ukraynaya “F-16” qırıcılarının sayının artırılması və Hava Hücumundan Müdafiə sistemlərinin gücləndirilməsi olacaq.
“Əbu-Dabi görüşündə bizim üçün vacib və kritik məsələlər ilk növbədə enerji atəşkəsi, Qara dənizdə blokadanın aradan qaldırılması və əsirlərin azad edilməsi idi. Növbəti danışıqlar masasında Avropa ölkələri də təmsil olunacaq. Böyük Britaniya da daxil olmaqla Avropadan dörd və ya beş ölkənin iştirakı nəzərdə tutulub”, – deyə Ukrayna Prezidenti qeyd edib.
Zelenski vurğulayıb ki, Rusiya tərəfi artıq bununla razılaşıb. Vladimir Putin Ukrayna müharibəsində güzəştlərə yalnız ABŞ-nin güclü dəstək paketini qəbul etməsi şərti ilə gedə bilər. Belə bir şərtlə ilin sonuna qədər gərginliyin azaldılmasına nail olmaq mümkündür.
“Rusiya real addımlara o zaman gedəcək ki, ABŞ Konqresi Ukrayna üçün güclü dəstək paketi barədə qərar qəbul etməyə hazır olsun. Bu paketə iki məsələ daxil ola bilər: sanksiyalar və silah”, – deyə Zelenski vurğulayıb.
#Volodimir Zelenski teqi istifadə olunub
- "Bu görüş mümkün deyil, çünki Putin bizi həmişə aldadır" | Zelenski və Putin görüşəcək? - Baku TV
- Kiyevdə yaşayanlar müharibənin dayandırılması ilə bağlı gözləntilərini bölüşüblər - Baku TV CANLI
- Dublin sammitində Kiyevin maliyyə ehtiyacları və hərbi imkanları əsas müzakirə mövzularından olub
- Prezident İrlandiyada Volodimir Zelenski və Maya Sandu ilə görüşdü - Baku TV CANLI
- Ukrayna Rusiya ilə atəşkəs razılaşmasına nail ola bilmədi
