Ağ Evin yaxınlığında 5 nəfərin ölümü ilə nəticələnən atışma | Atəş açan şəxs saxlanıldı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin paytaxtı Vaşinqtonun mərkəzində, Ağ Evin yaxınlığında baş verən atışma nəticəsində beş nəfər həlak olub.
Bu barədə yerli polis məlumat verib.
Atışmanın baş verdiyi idman zalının yaxınlığında supermarket, yaşayış binaları və kilsə yerləşir. Hadisə yerinin yaxınlığındakı məktəblər bağlanıb. Polis sakinləri və digər şəxsləri atışmanın baş verdiyi əraziyə yaxınlaşmamağa çağırıb.
Ağ Evin yaxınlığında atəş açan şəxs saxlanılıb. Hadisənin məişət münaqişəsi zəminində baş verdiyi ehtimal olunur. Bu barədə Vaşinqton Polis İdarəsinin rəisi Ceffri Kerroll məlumat verib.
"Onun kimliyi barədə müəyyən təsəvvürümüz var. Hesab edirik ki, atəş açan şəxslə yaşayış kompleksinin rəhbərliyi arasında hansısa münaqişə olub", – deyə polis rəisi bildirib.
Qısa müddət davam edən qarşıdurmadan sonra şübhəli şəxs özünə odlu silahla xəsarət yetirib. Bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları onun gizlənməyə çalışdığı mənzilə daxil olaraq şəxsi saxlayıblar.
Polis rəisi bildirib ki, onlar gələnə qədər hücum edən şəxs dörd nəfəri yaralayıb, bir nəfəri isə öldürüb.
#Ağ Ev binası teqi istifadə olunub
