İsrail Fransanın prezidentliyə namizədi Jan-Lük Melanşonu “persona non qrata” elan edib
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Fransada prezidentliyə namizəd, solçu siyasətçi Jan-Lük Melanşonu ölkəyə münasibətdə son dərəcə düşmən mövqeyi tutmaqda ittiham edərək persona non qrata elan edib.
Bu barədə İsrail Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Məlumata görə, Fransanın "Təslim olmayan Fransa" partiyasının lideri Jan-Lük Melanşona və parlament fraksiyasının sədri Matilda Panoya İsrailə giriş qadağan edilib.
İsrail Xarici İşlər Nazirliyindən bildirilib ki, qərar partiyanın anti-İsrail mövqeyi və rəhbərlərinin İsraili ittiham edən bəyanatları ilə bağlıdır.
Bundan əlavə, Melanşonun Qəzza zolağına yola düşən humanitar yardımları müşayiət etmək üçün Fransa gəmilərinin göndərilməsi barədə çağırışı İsrail hakimiyyətinin narazılığına səbəb olub.
Qeyd olunub ki, qərar xarici işlər naziri Gideon Saar və daxili işlər naziri tərəfindən qəbul edilib.
