Pleyeri seçin:
Tramp Ağ Evin interyerini görün necə yeniləyir | “Bunların hamısı qızıldır...”
ABŞ Prezidenti Donald Tramp öz vəsaiti hesabına Ağ Evin interyerini yeniləyir.
Amerika lideri bu barədə yerli jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.
“Bəli, mən bunu özüm edirəm. Oraya baxın, yuxarını görürsünüz? Bunların hamısı 24 karatlıq qızıldır. Maraqlıdır ki, insanlar heç vaxt qızıla bənzəyən boya icad etməyiblər”, − Donald Tramp qeyd edib.
O həmçinin bildirib ki, Ağ Evin otaqlarından birinin çilçırağını da yeniləmək istəyir.
“Lakin hələlik mən Çin və Rusiya ilə məşğulam. Təmirdən sonra Oval kabinet lazım olduğu kimi görünməyə başlayıb”, − deyə D.Tramp bildirib.
Ağ Evdə böyük yığıncaqların keçirilməsi üçün “ballroom” da yoxdur. Sözügedən təmirə o nə az, nə çox, düz 7 milyon dollar xərcləməyi düşünür.
Kopyalandı
#ABŞ teqi istifadə olunub
- Kuba ABŞ-ni BMT-dəki səsverməyə müdaxilə etməkdə ittiham edib
- SEPAH-dan kritik bəyanat | ABŞ-nin regional bazaları da hədəf olacaq? - Baku TV CANLI
- Ukraynanın taleyi Sankt-Peterburqda müzakirə olunur
- Ukraynanın taleyi Sankt-Peterburqda müzakirə olunur - Baku TV
- Pezeşkian Vaşinqtona nə dedi? | Yaxın Şərqdə vəziyyət gərginləşir - Baku TV CANLI
